SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Dr.Tural: Mənim ən böyük amalım müştəri məmnuniyyətidir

Dr.Tural: Mənim ən böyük amalım müştəri məmnuniyyətidir

Tarix:

23-10-2022, 13:30

/ 657 dəfə oxundu.
Dr.Tural: Mənim ən böyük amalım müştəri məmnuniyyətidir

Mütəxəssis kosmetoloq Dr.Turalın elmi-biliklərinin, təcrübi bacarığının peşakarlığının aynası insanlara bəxş etdiyi gözəllikdir.

Deyirlər insan anadan olanda taleyi onun alnına yazılır. Həyatdakı istəyi, amalı nə qədər çox və güclü olsa da həyatın ona bəxş etdiyi başqa olur. Məqsədə çatmaq üçün daşlı-kəsikli yollarda yıxılıb dura-dura bərkiyir. Dadına çatan isə çox zaman sənəti olur. Həmişə onunla birgə addımlayan, bir yerdə olan dərdi-qəmi unutduran sevimli sənətidir. Sənətinin sənətkarı olmaq isə hər adama müyəssər olmur. Amma bu xoşbəxtlik simurq quşu kimi başa qonanda onu dost-tanış arasında, bütövlükdə cəmiyyətdə tanınanda o bir şəxsiyyət kimi seçilir. Belə insanlardan biri də tanışlığım uzun illər öncəyə təsadüf edən Azərbaycanın peşakar kosmetoloqu Dr.Turaldır.

Bir həkim olaraq seçdiyi və fəaliyyət göstərdiyi kosmetologiya sahəsi günümüzün reallığında tibbin ən çətin sahələrindən biri olmasını nəzərə alaraq onun üzərinə düşən vəzifənin nə qədər çətin və önəmli olduğunu bir daha vurğulamaq yerinə düşərdi. Təcrübəli, səriştəli, sənətinin mükəmməl birincisi Dr.Tural bütün xəstələrinə özəlliklə və xüsusi həssaslıqla yanaşır.

Tural həkimi səciyyələndirən xüsusiyyətlər təkcə təcrübəli, peşakar bir həkim olmaqla bitmir. Son dərəcə yüksək intellekt, ziyalılıq, hərtərəfli  elmi biliklər, həmçinin gözəl qəlb, zəngin və təkrarolunmaz mənəviyyat, ailəcənablıq, xeyirxahlıq dəyərli bir insan və şəxsiyyət kimi onu formalaşdıran xüsusiyyətlərdir. O xüsusiyyətlər ki, bu gün cəmiyyətimizə çox lazımdır, fəqət çox az insanda tapılır. Bu baxımdan Dr.Tural təkcə bir həkim kimi deyil, dəyərli, əsl insanlıq nümunəsi, yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı olan bir şəxsiyyət kimi çox lazımdır. Səhiyyə həqiqətən qiymətli bir sahədir. Hər bir sahədə olduğu kimi səhiyyədə də qazanılan nailiyyətlər müstəqil dövlətimizin daha güclü olmasına təkan verir. Tural həkim ömrünün ən maraqlı və mənalı həyat səhifələrini səhiyyənin tərəqqisinə həsr edib. Biz də bu yolda Dr.Turala Azərbaycan xalqının sağlamlığının qoruması yolunda təqdirəlayiq xidmətlərinə görə uğurlar arzulayırıq.

Şərhlər

XƏBƏR LENTİ