SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Laçında minaya düşən şəxs xəstəxanada öldü

Laçında minaya düşən şəxs xəstəxanada öldü

Tarix:

22-10-2022, 10:35

/ 422 dəfə oxundu.
Laçında minaya düşən şəxs xəstəxanada öldü

 
Oktyabrın 21-i Laçının Suarası kəndi ərazisində minaya düşən şəxslərin biri vəfat edib.

Təmir-tikinti işləri aparan zaman minaya düşən 1977-ci il təvəllüdlü Elsevər Sovet oğlu Həmidov müalicə aldığı xəstəxanada tibbi müdaxiləyə baxmayaraq, dünyasını dəyişib.

Baş Prokurorluğun Mətbuat xidmətindən faktı “Qafqazinfo”ya təsdiqləyiblər.

Qeyd edək ki, hadisə minadan təmizlənməmiş ərazidə qeydə alınıb. E.Həmidovla yanaşı həmkəndlisi Səbuhi Həsənov da minaya düşüb.

Hazırda faktla bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ