XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Ədalət Həsənovla Hacı Mazanın gizli sövdələşməsi - İLGİNC İDDİALAR...

Ədalət Həsənovla Hacı Mazanın gizli sövdələşməsi - İLGİNC İDDİALAR...

Ədalət Həsənovla Hacı Mazanın gizli sövdələşməsi - İLGİNC İDDİALAR...
20-10-2022, 16:51

 
Xatırladaq ki, 2016-cı ilin mart ayında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Şakir Musayev tutduğu vəzifədən azad edilərək onun yerinə müavini Ədalət Həsənov direktor vəzifəsinə təyinat almışdı. Maraqlıdır ki, Ş.Musayevin dövründə bu müəssisənin fəaliyyətində müşahidə olunan bütün nöqsanlara görə keçmiş direktor kimi onun müavini də məsuliyyət daşıyıbdı. Bəzi məqamlarda isə, Ə.Həsənovun məsuliyyəti hətta direktordan da artıq olubdu. Etiraf etmək lazımdır ki, son vaxtlar Birliyin vətəndaşların hüquqlarını pozan bir quruma çevrilməsi barədə iddialara ən müxtəlif instansiyalara, o cümlədən ölkə mətbuatına təqdim olunan məlumatlarda kifayət qədər rast gəlinir. Açıqlamalarda bildirilir ki, Birliyin ekspertləri bir çox hallarda nədənsə tam, dolğun, arqumentləşdirilmiş və elmi əsaslandırılmış obyektiv rəy vermirlər. Birliyin məhkəmə tibb ekspertləri ekspertizanın icrasında müstəqildirlər. Məhkəmə-tibb ekspertlərinin ekspertizanı təyin etmiş orqandan və ya şəxsdən, tərəflərdən və rəyin nəticəsində maraqlı olan digər şəxslərdən hər hansı bir formada asılılığı yoxdur. Qanunda birbaşa qeyd olunub ki, ekspertizanın icrası zamanı ekspertizanın gedişinə və onun obyektivliyinə xələl gətirə biləcək müdaxilə və təzyiq göstərən istənilən vəzifəli şəxs, o cümlədən dövlət ekspertiza idarəsinin rəhbəri qanunla müəyyən edilmiş qaydada cinayət məsuliyyəti daşıyır. Həmçinin ekspert də qəsdən yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyır. Lakin təəssüflər olsun ki, bu qanunlara heç də həmişə nə ekspertlər, nə də Birliyin rəhbərliyi tərəfindən əməl olunmur. Bu səbəbdən də, son illər Birliyin fəaliyyəti ilə bağlı insanlarda mənfi ictimai rəy formalaşıb. Redaksiyamıza bu barədə açıqlama verən əksər mənbələrin rəyinə görə, Birliyin ekspertlərinə təsir göstərilməsi, qərəzli, bu və ya digər tərəfin marağını təmin edən, qeyri-obyektiv rəylərin verilməsi xüsusunda indiyədək Ədalət Həsənovun “xidmətləri” danılmazdır. Aktualxeber.az-a daxil olan məlumata görə Ədalət Həsənov bu yaxınlarda Emin Əhədov adlı şəxsə saxta rəy vermək üçün Hacı Mazandan kifayət qədər rüşvət alıbdı. Masallı RPŞ-də istintaq getdiyindən bəzi məqamları açıqlamasaq da, bütün detallar bizə məlumdur və zamanı gələndə açıqlayacağıq.Belə qənaətə gəlmək olur ki, Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin fəaliyyətinə dair ictimai rəyin müsbətə doğru dəyişməsi üçün ya Ə.Həsənov vəzifədən getməlidi, ya da hələ çox gözləməli olacağıq…

P.S. Ramazan Zeynalovun ilkin kapitalını formalaşdırmaq üçün təkcə Cavanşir Paşazadənin rəhbəri olduğu çay fabrikindən “KamAZ”la Bakıya, keçmiş Sovet respublikalarına çay daşıması kifayət etməzdi. R.Zeynalovun sonradan Hacı Mazana çevrilməsi çayla yanaşı başqa çəkidə yüngül, qiymətdə ağır “strateji məhsullar”ın daşınması və bundan külli miqdarda vəsait əldə edilməsi hesabına olubdu.Bu ayrıca bir söhbətin mövzusu olduğundan daha geniş məlumatları növbəti məqalələrimizdə oxuya bilərsiniz.
Qarşı tərəfin də öz mövqeyini verməyə hazırıq. //aktualxeber.az//

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.