SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Abşeron RİH yanında İctimai Şuraya növbəti seçkilər keçirilib

Abşeron RİH yanında İctimai Şuraya növbəti seçkilər keçirilib

Tarix:

7-10-2022, 14:36

/ 588 dəfə oxundu.
Abşeron RİH yanında İctimai Şuraya növbəti seçkilər keçirilib

 
05 Oktyabr 2022-ci il tarixində “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya növbəti seçkilər keçirilib. Seçki prosesi canlı olaraq saat 09:00-dan 13:00-dək Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsində yayımlanıb.
“İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilib. Belə ki, müraciət edən 170 təşkilatdan 132 - si səsvermədə iştirak edib.
Abşeron RİH yanında İctimai Şuraya növbəti seçkilərin keçirilməsinin təşkili məqsədi ilə yaradılan komissiyanın qərarına əsasən rayonda əhalinin sayının çoxluğu, ərazinin böyüklüyü və yaşayış məntəqələri arasında məsafənin böyük olması səbəbindən İctimai Şuranın üzvlərinin say həddinin 15 nəfər olması qəbul edilib.
Beləliklə, səsvermədə iştirak edən vətəndaş cəmiyyəti institutları tərəfindən irəli sürülən 20 nəfər namizəd içərisindən 15-i gizli səsvermə yolu ilə seçilib.
“İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 3.14-cü bəndinə əsasən seçki komissiyası tərəfindən seçkilərin nəticələrinə dair protokol tərtib olunduğu gündən (5 oktyabr 2022-ci il) 20 gün müddətində ilk iclasını keçirməklə İctimai Şura fəaliyyətə başlayır. Keçiriləcək iclasda 15 nəfərdən ibarət üzvlər içərisindən İctimai Şuraya sədr, sədr müavini və katibi səsvermə yolu ilə seçilir.
 
 
05 Oktyabr 2022-ci il tarixində Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçilən üzvlərin SİYAHISI
 
İsmayılova Xatirə Yolçu qızı  "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını   Tanıma" İctimai Birliyin üzvü
 
Əkbərov İntiqam İlqar oğlu   "Gənc Nəslin Maarifləndirilməsi" İctimai Birliyin   üzvü
 
Vəlizadə Vəli İlqar oğlu             "Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası"    İctimai Birliyin
 
 
 
Abbasova Vəfa Zahid qızı      "Azərbaycan Qadınları Respublika Cəmiyyəti"  İctimai Birliyinin üzvü  
Hacıyeva Fatma Siyavuş qızı         "Vəfa" sosial problemlərin həllinə dəstək ictimai birliyinin sədri
 
İsmayılov Rahim Rafiq oğlu  "Ahıllara və Tənhalara Dəstək" İctimai Birliyin                       üzvü
 
Axundova Nuranə Tofiq qızı          "Mərhəmət" Kimsəsizlərə Yardım İctimai   Birliyin üzvü
 
Abdıyeva Əzizə Elbəyi qızı            "Qayğıya Ehtiyacı və Əlilliyi olan Şəxslərə              Dəstək" İctimai Birliyin üzvü
 
Quliyev Elçin İbrahim oğlu   "Polisə Dəstək" İctimai Birliyin üzvü
 
Pələngov Əbülfət Qulam oğlu        "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyin üzvü
 
Fərhadov Sudeyf Tərlan oğlu  "Qan Donorları Assosiasiyası" İctimai Birliyin   üzvü
 
Zeynalov Zamin Maarif oğlu  "Azərbaycan Jurnalistlər" Birliyin üzvü
 
Nuriyeva Zülfiyyə Səfər qızı           "Sosial, İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyinin sədri
 
Əsgərova Aytən Yaşar qızı  "Dialoq və İnkişaf Naminə" İctimai Birliyin üzvü
 
Qasımov Qubad İmamqulu oğlu c “İstedadlı Əlillər " İctimai Birliyinin sədri





Şərhlər

XƏBƏR LENTİ