Generalın keçmiş deputat qardaşı TORPAQ QALMAQALINDA - MƏHKƏMƏYƏ VERİLDİ
Keçmiş deputat Hacı Salayevin adı torpaq qalmaqalında hallanır.
Xalqxeber.az qaynarinfo-ya istinadla xəbər verir ki, Əliyev Avtandil Talıb oğlu adlı vətəndaş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini məhkəməyə verib. Hacı Salayev, "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunub.
İşin mahiyyəti torpaq münasibətləri üzrə mübahisələrdir. İddialara görə, torpaq mübahisəsi Hacı Salayevlə Avtandil Əliyev arasındadır. Lakin məsələnin təfərrüatları bəlli deyil.
Hacı Salayev Milli Məclisin dördüncü və beşinci çağırış deputatı olub. Deputat seçilənə qədər "Trust” mühafizə şirkətinin Baş direktoru vəzifəsində çalışıb. Bəzi məlumatlara görə, şirkətin sahibi də elə Hacı Salayevdir.
Hacı Salayevin qardaşı Baba Salayev Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisidir. Bundan əvvəl o, Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 2017-ci ildə Prezidentin sərəncamı ona gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?