Mərhum deputatın qardaşının məsuliyyətdən yayındırılması cəhdləri davam edir - İLGİNC İDDİALAR...
Baş Prokurorluğun yaydığı məlumata görə, 2021-ci ilin sentyabrında koronavirusdan dünyasını dəyişən Milli Məclisin sabiq deputatı Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri seçilib.
Yenicag.az xəbər verir ki, ötən həftələr ərzində Elşən Cəbrayılovun hüquqi məsuliyyətdən yayındırılması cəhdlərilə bağlı silsilə şikayətlər işıqlandırılmış, mərhum deputatın qardaşının qanunsuz əməllərinin ört-basdır edilməsi iddiaları səsləndirilmişdi.
Belə ki, Yenicag.az-a açıqlamasında Rafael Cəbrayılovun həyat yoldaşı və hüquqi varisi Aidə Cəbrayılova Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Ceyhun Rzayevin Elşən Cəbrayılova himayədarlıq etdiyini bildirmiş, bütün sənədlərdə Elşən Cəbrayılovun imza və möhürü olmasına baxmayaraq, nədənsə, oxların mərhum deputata yönəldildiyini qeyd etmişdi.
Aidə Cəbrayılova və daha bir neçə şəxs Ceyhun Rzayevin tərtib etdiyi sübutların qiymətləndirilməsi aktının Elşən Cəbrayılova aid olan hissəsinin ləğv olunması və yenidən ibditadi istintaqa qaytarılması üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etsə də, keçirilən iki iclasda da zərərçəkmişlərin vəsatətləri təmin edilməyib.
Zərərçəkənlərin sözlərinə görə, Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımovun, o cümlədən onun sələfi Sədrəddin Hacıyevin oğullarının müvafiq olaraq Baş KQMBİ-də işləmələri sayəsində Baş Prokurorluqla Binəqədi Rayon Məhkəməsi arasında Elşən Cəbrayılovu hüquqi məsuliyyətdən yayındırmaqla bağlı “saziş” bağlanıb və buna görə də işə obyektiv baxılmır, Elşən Cəbrayılovun “ağlanması” üçün hər cür yola əl atılır.
Zərərçəkənlərin bu sözlərinin fonunda Elşən Cəbrayılovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri seçilməsi bu iddiaların gerçəkliyinə şübhə yeri qoymur.
Əsas zərəçəkənlər isə hələ də öz hüquqlarının bərpası üçün çalışır.
www.yenicag.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?