SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Sunset”dəki partlayışda yaralanan kişinin vəziyyəti ağırdır

“Sunset”dəki partlayışda yaralanan kişinin vəziyyəti ağırdır

Tarix:

31-08-2022, 12:13

/ 533 dəfə oxundu.
“Sunset”dəki partlayışda yaralanan kişinin vəziyyəti ağırdır

 
Sumqayıt şəhərinin Sahil küçəsində, Corat-Novxanı yolunda istirahət mərkəzinin qazanxanasında baş verən partlayış nəticəsində yaralanan 3 nəfər dünən saat 22:20 radələrində Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə yerləşdirilib.

TƏBİB-dən verilən məlumata görə, xəsarət alan qadınlardan birinin bədən səthinin 45 %-i, digərinin bədən səthinin 35-40 %-i, kişinin bədən səthinin isə 60 %-i yanıb.

Onların reanimasiya şöbəsində müalicələrinə davam edilir.

Hazırda iki qadının vəziyyəti stabil, kişinin vəziyyəti isə ağır stabil olaraq qiymətləndirilir.

Şərhlər

XƏBƏR LENTİ