FHN dəyişikliklərə GEDİR... - TƏFTİŞ BAŞLADI...
Fövqəladə Hallar Nazirliyinin ətrafında yaranmış ajiotaj nisbətən səngisə də, bu qurumda baş verən hadisələrin necə nəticələnəcəyi böyük maraq doğurur. FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin intim videoları ictimaiyyətin diqqəti bu quruma yönəldi. Zaur Mirzəyevin məhkəmə qərarı ilə həbsi ictimai qınağı nisbətən yumşaltsa da, FHN-nin başçısı Kəmaləddin Heydərov və yaxın ətrafı ilə bağlı tənqidlər davam edir.
Xalqxeber.az Yenisabah.az-a istinadla xatırladır ki, sözügedən video görüntülərinin yayılmasında sonra Zaur Mirzəyevlə əlaqədə olan Xidmət əməkdaşlarının hamısı vəzifədən uzaqlaşdırılıb. Bununla yanaşı həmin əməkdaşların fəaliyyətinə cavabdeh olan bir neçə vəzifəli şəxs barəsində də ölçü götürülüb.
Aldığımız məlumata görə Kəmaləddin Heydərovun göstərişi ilə bu həftənin əvvəlindən etibarən FHN-nin mərkəzi aparatında və nazirliyə tabe olan bütün strukturlarda yoxlamalar başlanılıb. Xüsusi komissiya təkcə biabırçı hadisənin baş verdiyi Dövlət Yanğından Mühafizə Xidmətində deyil FHN-nin tabeliyində olan bütün idarələrin fəaliyyətini ciddi təftiş edir.
Xəbərə görə, komissiya cəmi 4-5 gün ərzində təkcə Dövlət Yanğından Mühafizə Xidmətində deyil, nazirliyə tabe olan digər qurumlarda da pozuntular aşkarlanıb. Bu qanunsuzluqlara daha çox vəzifə təyinatlarında və rütbələrin paylanılmasında yol verilib.
Komissiya Dövlət Yanğından Mühafizə Xidmətində leytenant rütbəsi ilə fəaliyyətə başlayan şəxsin cəmi beş il ərzində mayor rütbəsinə qədər yüksəldiyini aşkarlayıb. Bununla paralel olaraq büdcə vəsaitlərinin xərclənməsi zamanı israfçılığa yol verilib, xərclər smetası bir neçə dəfə şişirdilib. Komissiyanın apardığı araşdırmanın ilkin nəticələri FHN başçısı Kəmaləddin Heydərovu həm məyus, həm də narahat edib. "Fözvqəlnazir"in tezliklə sərt qərarlar qəbul edəcəyi gözlənilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?