Goranboy KİMƏ ƏMANƏTDİR? - MƏHƏRRƏM ÇİLƏSİ...
Goranboy rayon icra hakimiyyətinin başçısı ilə bağlı yerli KİV-də yetərincə neqativ ruhlu materiallar işıqlandırılıb. Elə dünən DİA.AZ olaraq Məhərrəm Quliyevin işçilərinin əlindən zara gələn rayon sakinlərindən növbətisinin müraciətini təqdim etmişdik. Bu kimi faktlar da təsdiqləyir ki, "mən jurnalisti dama basdıran başçıyam" deyib yaxasını irəli verən və bununla da kimsədən çəkinməyərək dövlət çətiri altında \müxtəlif özbaşınalıqlara imza atan Goranboy Rİh rəhbəri əslində çoxdan görəvən alınmasını və fəaliyyətinin araşdırılmasını haqq edənlərdəndir. Bununla bağlı DİA.AZ-a ilginc məlumatlar daxil olub.
Məlumatı veən mənbə bildirir: "Bütün bunlardan sonra bir daha belə qənaətə gəlmək olar ki, Məhərrəm Quliyev üzərinə düşən bu məsul vəzifənin öhdəsindən gəlmək iqtidarında deyil. Ən dəhşətlisi odur ki, ölkə rəhbərinin etimad göstərib, Goranboya icra başçısı təyin etdiyi Məhərrəm Quliyevin adı, günü bu günədək, bir çox qalmaqallı məsələlərdə hallanmaqdadır.
O, bu məsul vəzifə kreslosunda özünü çox rahat aparır, hətta bənzəri olmayan istədiyi qanunsuz əməllərə qol qoymaqdan belə çəkinmir.
Rayon sakinləri tərəfindən də, başçının törətdiyi xoşagəlməz əməllərin hamısı sırf cinayət hadisələri kimi xarakterizə olunur. Bir anlığa, onun adına çıxılan bəzi cinayət epizodlarına diqqət yetirdikdə də, deyilənlər bir daha təsdiqini tapır. Məhz buna görə də, bu başdan düşünmək olur ki, bu şəxsin adı artıq müasir tariximizin “qaranlıq səhifəsi”nə birdəfəlik həkk olunub. Bunu təkcə biz yox, əldə etdiyimiz konkret faktlar da sübut edir.
Son vaxtlar əldə etdiyimiz o faktları götürək ki, yerli sakinlər onları da başçının bənzəri olmayan qanunsuz hərəkətləri kimi misal çəkirlər. Digər tərəfdən, bu şəxsin adı 1988-1993-cü illərdəki proseslərdə Əlikram Hümbətovla bağlı məsələlərdə, yəni qondarma “Talış — Muğan Respublikası”nın təbliğatçılarından biri olmaqda da hallandı. Yəqin, hər kəs o haqda da məlumatlı oldu ki, Məhərrəm Quliyevin atdığı addımlar içərisində daha çox müzakirə olunan, daha çox insanları şoka salan məsələlərdən biri, bəlkə də lap birincisi onun Ceyhun Həsənovu özünə birinci müavin təyin etməsi oldu. Çünki, indiyə kimi Azərbaycan dövlətinin idarəçilik tarixində elə bir hal baş verməyib ki, təqaüddə olan, özünə saxta yolla əlillik dərəcəsi düzüb-qoşan, dövlət qulluğunda olarkən, biznes fəaliyyəti ilə də məşğul olan bir şəxslə bağlı bu cür təyinat həyata keçirilsin".
Mənbə iddia edir ki, "yuxarıların" bu məqama nəzər salması vacibdir. Əlavə bilgilərimiz olacaq...
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq... XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?