XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Hərbçilərimiz icazəsiz silah daşıyan sülhməramlıların avtomobil karvanını SAXLADI

Hərbçilərimiz icazəsiz silah daşıyan sülhməramlıların avtomobil karvanını SAXLADI

Hərbçilərimiz icazəsiz silah daşıyan sülhməramlıların avtomobil karvanını SAXLADI
20-07-2022, 23:48

Hərbçilərimiz icazəsiz silah daşıyan sülhməramlıların avtomobil karvanını SAXLADI


Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan əraziyə icazəsiz silah daşınması cəhdinin qarşısı alınıb.

Xalqxeber.az trend-ə istinadən xəbər verir ki, Azərbaycan Ordusunun nəzarət buraxılış məntəqəsində Rusiya sülhməramlılarına aid 1 ədəd 82A zirehli maşın və 3 ədəd "Ural" markalı avtomobil yoxlanılması üçün dayandırılıb.

Avtomobillərə baxış zamanı birinin yük hissəsində yataq döşəkləri arasında 5 ədəd avtomat aşkar edilib.

Qaydaları kobud şəkildə pozaraq silah-sursatı qanunsuz daşıdığına görə, avtomobil karvanı nəzarət buraxılış məntəqəsindən buraxılmayıb.


XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.