XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Polisin ölüm işində müəmma: “Binə” sahibi medianı niyə hədələyir?

Polisin ölüm işində müəmma: “Binə” sahibi medianı niyə hədələyir?

Polisin ölüm işində müəmma: “Binə” sahibi medianı niyə hədələyir?
3-06-2017, 00:41

Bir neçə gün öncə Bibiheybət yolundakı faciəvi qəzanın səbəbkarlarından biri olan "Porsche” markalı avtomobilin sürücüsü Rövşən Aydın oğlu Məmmədov Azərbaycanda "Binə Kəbirə” kimi tanınan məşhur iş xanımı Kəbirə Məmmədovanın qardaşı oğlu kimi təqdim olunub.
Kəbirə Məmmədova hadisəyə sərt münasibət bildirib. O, unikal.org-a açıqlamasında bildirib ki, yayılan məlumat əsassızdır:
"O ucarlı, mən bakılı. Mənim elə qardaşım oğlu yoxdur. Hazırda vəkillərim yanımdadır. Sözügedən xəbəri yazan saytları məhkəməyə vermək üçün hazırlıq görürük. Bu nə deməkdir, hər ötən hadisəyə görə mənim adım hallandırılır? Mənim bu məsələyə münasibətim bu qədər, sağ olun”.
Rövşən Məmmədovun idarə etdiyi 10 VV 155 dövlət nömrə nişanlı avtomobillə 99 AP 658 nömrəli Polis Post Patrul Xidmətinə məxsus "Fiat Doblo” avtomobilini vurub. Hadisə zamanı polis əməkdaşı 25 yaşlı Emil Adil oğlu Zeynallı dünyasını dəyişib.
Qeyd edək ki, məlumata görə, Bibiheybət yolundakı faciəvi qəzanın səbəbkarlarından biri olan “Porsche” markalı avtomobilin sürücüsü Rövşən Aydın oğlu Məmmədov Azərbaycanda “Binə Kəbirə” kimi tanınan məşhur iş xanımı Kəbirə Məmmədovanın qardaşı oğludur.
Yəni xəbəri yayan yenicag.az olub. Bunu istinadla verən sayltarı məhkəmə ilə hədələmək əsassızdır. Eyni zamanda yenicag.az-I da məhkəmə ilə təhdid etmək yersizdir.
Çünki sayt böhtan, təhqir, ittiham yazmayıb. Sadəcə, xəbər əldə edib ki, qəzanı törədən bazaar sahibinin qohumudur.
Məlumata görə, Kəbirə Məmmədova haqqında faktlar və real məlumatlar yayılanda susur, açıqlama vermir.
Məsələn, sahibkarlara edilən zülmlər, yer haqlarının artırılması, qeyri-qanuni pul yığılması haqda mətbuatda kifayət qədər məlumat var. Ancaq “Binə” sahibi bunlardan danışmır.
Klinikasının maşınının yanması və üç adamın ölməsindən danışmır, bacısının yanan evində mühafizəçinin ölümünə dinmir, lakin “Porşe”li cavandan danışanda median təhdid edir.
Ümumiyyətlə, sahibkarlar “Binə” bazarını kütləvi şəkildə tərk edir. Kəbirə Məmmədovanın qeyri-qanuni tələbləri sahibkarların buradan uzaqlaşması ilə nəticələnib. 2013-cü ildə baş verən mitinqini da yada salmaq yerinə düşər.
Kəbirə Məmmədova və qoçularının bazarda yaratdıqları dözülməz vəziyyət sahibkarları buradan didərgin salıb. Dişini-dişinə sıxaraq hələ də dözən sahibkarlar isə artıq üsyan həddindədir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.