Polisi öldürən "PORSCHE"-nin sahibi Kəbirə Məmmədovanın qardaşı oğludur - FOTOLAR
Ötən gün polisin ölümü ilə nəticələnən dəhşətli qəzanın bəzi təfərrüatları məlum olub.
Araşdırmaya görə, Bibiheybət yolundakı faciəvi qəzanın səbəbkarlarından biri olan "Porsche” markalı avtomobilin sürücüsü Rövşən Aydın oğlu Məmmədov Azərbaycanda "Binə Kəbirə” kimi tanınan məşhur iş xanımı Kəbirə Məmmədovanın qardaşı oğludur.
1974-cü il təvəllüdlü Rövşən Məmmədov hazırda xəstəxana şəraitində müalicə olunur. O, əvvəlcə Travmotologiya İnstitutuna yerləşdirilsə də, daha sonra özəl klinikalardan birinə köçürülüb.
Qeyd edək ki, Rövşən Məmmədov ötən il ağır faciə yaşayıb. Belə ki, onun məktəbi yenicə bitirən 17 yaşlı oğlu rəhmətə gedib.
Rövşən Məmmədovun və onun gənc yaşda dünyasını dəyişən oğlunun fotolarını təqdim edirik:






Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək