Gənclər və İdman İdarəsinin rəisi SAXLANILDI - icra başçısının müavininin qohumudur
Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Həmid Nəsirov Baş Prokururluqda dindirildikdən sonra saxlanılıb.
Xalqxeber.az xəbər verir ki, Sfera.az-ın əldə etdiyi məlumata əsasən, H.Nəsirov bu vəzifəyə 2020-ci ildə təyin edilib. Onun namizədliyi Gəncə şəhəri icra başçısının müavini tərəfindən irəli sürülüb. H.Nəsirov icra başçısının müavininin qohumudur.
Xatırladaq ki, Sfera.az saytı Gəncə şəhər idman idarəsində aparılan yoxlamalarla bağlı məlumat vermişdi.
Onu da əlavə edək ki, Azərbaycanın şəhər və rayon idman idarələrində yoxlamaların aparılması hallarına son aylarda tez-tez rast gəlinir. Bundan öncə Göyçay rayonunda aparılan yoxlamalar və bununla əlaqədar başlanan istintaq araşdırılmaları zamanı dövlət vəsaitinin mənimsənilməsi faktları üzə çıxmışdı.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır