XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Masallıdakı otel-restoran ətrafa ÇİRKAB PÜSKÜRÜR... - NARAZILIQ!

Masallıdakı otel-restoran ətrafa ÇİRKAB PÜSKÜRÜR... - NARAZILIQ!

Masallıdakı otel-restoran ətrafa ÇİRKAB PÜSKÜRÜR... - NARAZILIQ!
16-06-2022, 09:02

 
Xalqxeber.az Azerinfo.az-a istinadla xəbər verir ki, bir qrup Masallı rayon sakinin Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Qəriblər meşəbyliyinin 8 saylı meşə dolayında yerləşən "Hotel Masallı Restoran" kimi tanınan istirahət Mərkəzinin fəaliyyətindən giley edir. Mərkəzin tullantı suları və s. birbaşa meşə ərazisinə axıdılır və bu yerli sakinlərin haqlı narazılığına səbəb olur.


Sakinlərin bildirdiyinə görə, bu barədə dəfələrlə 1 saylı Regional Ekologiya Idarəsi və Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinə müraciət etsələr də, amma çox təəssüflər olsun ki, hec bir nəticəsi olmamışdır.

Daha ətraflı aşağıdakı videoda:

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.