Şəhid anası NALƏ ÇƏKDİ... - “Kömək edin, balama verilən evi...”
Xalqxeber.az xəbər verir ki, tanınmış jurnalist Sara Safuranın təqdimatında Yenicag.az-ın “Zəfər yolu” adlı layihəsinin növbəti buraxılışı şəhid Şamxal Əvəz oğlu Əlizadəyə həsr olunub.
Anası Səhər Əlizadə və bacısı Aytac Əlizadə Şamxalla bağlı danışıb, xatirələrini bölüşüblər.
Qeyd edək ki, Şamxal 1998-ci il yanvar ayının 1-də Gədəbəy rayonunun Çobankənd kəndində anadan olub. 2004-2015-ci illərdə orta məktəbdə təhsil alıb. Həmin il Qazax Dövlət Sosial İqtisad Kollecinin Mühasibat uçotu fakültəsinə qəbul olub. 2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. Kolleci bitirdikdən sonra Bakı Avrasiya Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub.
2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində döyüşlərə qatılıb, Şuşa, Xankəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub. 8 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Şamxal Əlizadənin nəşi dekabrın 9-u tapılıb. Şəhid əsgər 11 dekabr 2020-ci ildə doğulduğu kənddə dəfn edilib.
Şamxal prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Videomüsahibəni təqdim edirik:
XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?