Naxçıvan xariqələri: Muxtar Respublikada mebel monopoliyasına Iğdırlı iş adamı baxır - Xariqələr yaradır "xan" Naxçıvanda
Naxçıvan Gömrük Komitəsinin ən çox narazılıq doğuran qanunsuz qadağalarından biri mebel inhisarçılığı ilə bağlıdır.
Xalqxeber.az xəbər verir ki, Muxtar Respublika sakinlərinin Ovqat.com-a bildirdiklərinə görə, Naxçıvanda mebel malları Türkiyədən 3-4 dəfə baha satılır.
Vətəndaşların özlərinin gedib Türkiyədən mebel gətirmələrinə isə icazə verilmir. Çünki bu işə yalnız Halef Kızılay adlı Türkiyə vətəndaşı baxır.
Əslən Iğdırdan olan Halef Kızılay Türkiyədən gətirdiyi mebelləri Təbriz otelinin yanındakı Tədris Ticarət Mərkəzinin 1-ci mərtəbəsində satır.
Məlumatı dəqiqləşdirərkən aydın oldu ki, sən demə, Naxçıvanda mebeldə Bakıda ucuz imiş. Çünki Azərbaycan Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Dəli Domrul”luqda Səhət Həbibbəylidən heç də geri qalmırmış. Bildirilir ki, Naxçıvandan alınan mebel üçün Azərbaycan “gömrükxana”sında yenidən rüsum tutulurmuş. Eyni proses Bakıdan Naxçıvana aparılan mebel malları üçün həyata keçirilirmiş. Yəni Naxçıvan Bakıdan, Bakı Naxçıvandan gömrük rüsumu alırmış.
Naxçıvan xariqələri: Muxtar Respublikada mebel monopoliyasına Iğdırlı iş adamı baxır
Facebook səhifəsində Iğdırda və Qərbi Azərbaycanda (İran) yaşadığı qeyd olunan Halef Kızılayın kimliyini araşdırmağa çalışacağıq. XalqXeber.Az



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?