Cahangir Əsgərovun həyat yoldaşı 5,3 min kvadrat metr sahəsi olan obyekt tikdirir - FOTOLAR
Bu ilin aprel ayının 25-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi 4 və Əliheydər Qarayev küçəsi 84C və 84F ünvanlarında yerləşən obyektin tikintisinə icazə verib.
Xalqxeber.az yeniavaz.com-a istinadla xəbər verir ki, ümumi sahəsi 5 332,3 kv. metr olan obyektin sifarişçisi “Gazelli Group” MMC-dir.
Məlumat üçün bildirək ki, “Gazelli Group” MMC-nin sahibi "Azərbaycan Hava Yolları”(AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevadır. Nizamnamə kapitalı 41 milyon 160 min manat olan “Gazelli Group” MMC 08.05.2009-cu tarixində dövlət qeydiyyatına alınıb.
Zərifə Həmzəyeva eyni zamanda nizamnamə kapitalı 154 milyon 601 min 370 manat olan “Premium Bank” ASC-nin səhmlərinin 84,48%-nə sahibdir. Bundan başqa Nabranda yerləşən və 11 hektar ərazini əhatə edən “River İNN Boutique Spa Hotel” də Zərifə Həmzəyevaya məxsusdur.
Onu da qeyd edək ki, son günlər mətbuatda ən çox müzakirə olunan mövzulardan biri AZAL-ın yığılmış zərərinin 1 milyard 763 milyon 916 min manata çatmasıdır. Eyni zamanda ötən gün məlum olub ki, Cahangir Əsgərovun qızı Cəmilə Əsgərovanın rəhbərlik etdiyi və Londonda qeydiyyata alınan “Gazelli International Limited” şirkətinin də borcu son bir ildə 1,05 milyon funt-sterlinq artaraq 14,31 milyon funt-sterlinqə (30,5 milyon manat) yüksəlib. XalqXeber.Az



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?