SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Balaxanı və Suraxanı ƏŞ-lərdə KÜTLƏVİ İXTİSAR... - NARAZILIQ! - Yenilənib

Balaxanı və Suraxanı ƏŞ-lərdə KÜTLƏVİ İXTİSAR... - NARAZILIQ! - Yenilənib

Tarix:

20-05-2022, 16:12

/ 1 950 dəfə oxundu.
Balaxanı və Suraxanı ƏŞ-lərdə KÜTLƏVİ İXTİSAR... - NARAZILIQ! - Yenilənib

Suraxanı OİL, AzGerneft MMC, Balaxani OİL şirkətlərində işçilərin kütləvi ixtisarına başlanılıb. Bu barədə DİA.AZ-a sözügedən idarələrin birindəki işçilər məlumat verib.

Narazı işçilər qeyd edirlər ki, ilk növbədə rəhbər şəxslərin ixtisarı aparılır, elələri də var ki, səbəbsiz yerə işdən çıxarılır:

"Fəhlələrin də eyni qaydada ixtisar olunacağını deyirlər. Bunun axırı hara gedir, bilmirik..."

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Yazı dərc olunduqdan sonra şirkətin rəsmisi Vüqar Quliyev redaksiyamıza təkzib məktubu ünvanlayıb. Göndərilən məktubu olduğu kimi dərc edirik.


Bildirmək istərdik ki, internet saytınızda 20.05.2022-ci il tarixində gedən Suraxanı və Balaxanı Əməliyyat Şirkətlərində ixtisarlarla bağlı xəbəriniz əsassızdır.

Hər iki Şirkətdə ümümilikdə təqaüd yaşına çatmış 3 işçi işdən öz xahişi ilə ərizə yazaraq azad olunublar. 

Əlavə olaraq onu da qeyd etmək istərdik ki bu həftə ərzində 2 nəfər 2-ci Qarabağ müharibəsi iştirakçısını Balaxanı Əməliyyat Şirkətinə işə qəbul etmişik.


Vüqar Quliyev

İnsan Resursları üzrə Nəzarətçi

“Balakhani Operating Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı

Şərhlər

XƏBƏR LENTİ