SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Narkotiklə mübarizə, yoxsa Polis rəisinə atılan iftira?

Narkotiklə mübarizə, yoxsa Polis rəisinə atılan iftira?

Tarix:

19-05-2022, 17:40

/ 541 dəfə oxundu.
Narkotiklə mübarizə, yoxsa Polis rəisinə atılan iftira?

Son zamanlar ölkəmizdə narkotik vasitələrin yayılmasına qarşı amansız mübarizə aparan Daxili İşlər Nazirliyinin əməyini danmaq olmaz. DİN tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin alqı-satqısını həyata keçirən şəxslərə qarşı keçirilən uğurlu əməliyyatlar, həbs olunanlar buna əyani sübutdur. Bütün dünyanı cənginə alan ağ ölüm, bizim ölkədəndə yan keçməyib. Əsasəndə gənclər və orta yaş kategoriya insanlar ağ ölümün qurbanına çevrilirlər, vətəndaşların ağ ölümün qurbanına çevrilməməsi üçün mübarizə, maarifləndirmə işləri Daxili İşlər Nazirliyi tərəfindən yorulmadan, usanmadan həyata keçirilir. 

Ancaq çox təəssüflər olsun ki, bu işə qəsdən kölgə salmaq istəyənlərdə zaman-zaman ortaya çıxır. Xalq arasında heç bir nüfuza sahib olmayan, xarici Fondların ayırdığı qrantlar hesabına ölkədə etiraz aksiyası həyata keçirmək istəyən, adını müxalifət qoymuş, əslində isə anti-Azərbaycan dairələrinin maraqlarına xidmət edən, daxildəki "5-ci kalon" nümayəndələri maraqlı üsula əl atıblar. Etiraz üçün heç bir səbəbi olmayan xalqı gördükdən sonra məyus olan anti-Azərbaycan qüvvələrinin Azərbaycandakı təmsilçiləri, fərqli yola əl atmışlar, 5-10 nəfər Salyan rayon sakinlərinə, əllərində narkotika "yox" şüarları olan kağızlar tutaraq qanunsuz yürüyüş keçirməyi tapşırmışlar.

Bu qanunsuz yürüyüş edənlərin danışıqlarındanda hiss olunurdu ki, Polisə qarşı, Dövlətə qarşı qərəzlidirlər, məqsədləri qətiyən narkotik vasitələrindən asılı olan insanların sayını azalmaq deyil. Çünkü Salyan rayon Polis rəisi polkovnik Nəzər Əsgərov şəxsən özü vətəndaşlar qarşısında çıxış etdi, söylədi ki, "kameralar önündə istəyirsiniz deyin narkotik vasitələrin alqı-satqısını həyata keçirənlərin adlarını bizə, yaxud istəyirsiniz gedək mənim kabinetimdə deyin, əgər biz həmin şəxslərə qarşı tədbir görməsək, onda deyərsiniz Polis tədbir görmür". Yürüyüşə qatılan 5-10 nəfər vətəndaş, bu çıxılmaz sualın qarşısında aciz qalaraq, yürüyüşlərini bitmiş elan etdilər. Gah qəsdən dedilər "bizi filan yerdə də etirazçılar gözləyirdi, bildirmək istəyirlər güya sayları çoxdur, çünkü kameralar önündə 5-10 nəfər göründükləri üçün utanırdılar, gah etiraz boyu ironiya ilə söyləyirdilər Polis bizi izləyir, bizi qoruyur, gah dedilər biz narkotik vasitələrin alqı-satqısını həyata keçirənlərin adlarını deyə bilmərik, gah da deyirdilər sosial yardım istəmirik, narkotika yox deyirik, aksiya keçirmək haqqımızdır və.s" fikirlərindən də görünürdü ki, bu insanlar Dövlətə, Polisə qarşı qərəzlidirlər və öyrədilmiş insanlardırlar. Salyan rayon Polis rəisi polkovnik Nəzər Əsgərov tərəfindən çox mülayim şəkildə onlarla ünsiyyət yaradıldı, onlara DİN-nin mətbuat xidmətini izləmələri tövsiyyə olundu, hərçənd izləməyənlərə qətiyən bənzəmirdilər. 

Bir qrup şəxs isə, xaricdən sosial şəbəkələrdə saxta adlarla hesablar açaraq, Polisin imicinə, artan nüfuzuna xələl gətirməyə çalışırlar, ictimai fikirdə qəsdən, bilə-bilə çaşqınlıq yaratmağa cəhd edirlər. Əgər məqsəd həqiqətən narkotika "yox" deməkdirsə, onun alqı-satqısını həyata keçirən şəxslərə qarşı mübarizə, onun qurbanına çevrilməməsi üçün insanlar arasında maarifləndirmə işləri aparmaq daha məqsədəuyğun olardı.

Əslində narkotika "yox" adı altında keçirilən bu yürüyüş, yenicə Azərbaycanda etirazlar üçün qrant ayıran avropanın "NED" Fondunun arzularını həyata keçirərək, insanları etiraza səsləmək üçün düşünülən fərqli bir plan idi. Çünkü 14 May Bakı şəhərinin mərkəzindəki təşkil olunan qanunsuz aksiya fiaskoya uğradı, görünür bu işin təşkilatçıları bu dəfə Salyan rayonunda fərqli yola əl atmışlar. 

Polis peşəsi şərəfli peşədir, Polis işçisi heç bir zaman narkotik vasitələrinin alqısı-satqısını həyata keçirən şəxslərlə əlbir ola bilməz, hər zaman onlarla necə amansız mübarizə apardıqlarının şahidi olmuşuq və oluruq. Bir anlıq düşünək əgər Polis olmasaydı, narkotik vasitələr hansı səviyyədə yayılacaqdı, ölkə hansı günə qalacaqdı təsəvvür etmək çətin deyil. Polisə atılan iftiralar insan ləyaqətinə sığmaz. Azərbaycan Polisinə atılan böhtan yapışmaz.

AZƏRBAYCANREALLIĞI.COM 

Şərhlər

XƏBƏR LENTİ