SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Baş nazir Litva Prezidenti ilə GÖRÜŞÜB

Baş nazir Litva Prezidenti ilə GÖRÜŞÜB

Tarix:

18-05-2022, 19:26

/ 332 dəfə oxundu.
Baş nazir Litva Prezidenti ilə GÖRÜŞÜB

Baş nazir Əli Əsədov mayın 18-də Litva Respublikasının Prezidenti Qitanas Nauseda ilə görüşüb.

Nazirlər Kabinetindən verilən xəbərə görə, görüşdə Azərbaycan-Litva münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib. İki ölkənin prezidentlərinin iştirakı ilə Bakıda keçirilən Azərbaycan-Litva biznes forumunun əhəmiyyəti vurğulanıb.

Görüşdə Azərbaycan ilə Litva arasında siyasi, ticari-iqtisadi, sərmayə qoyuluşu, humanitar, turizm və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Şərhlər

XƏBƏR LENTİ