Nehrəmdəki qəzanı ÖRT-BASDIR EDİRLƏR... - GİLEY
Nehrəmin orta məktəb binasında 4 nəfərin ölümünə səbəb olan qəzanın ört-basdır edildiyi bildirilir.
Xalqxeber.az xəbər verir ki, bu haqda "Gündəlik Naxçıvan"a qəzada həlak olanların yaxınları məlumat verib.
Şikayətçilər deyir ki, bu hadisəyə görə açılan cinayət işinin gedişatı onları qane etmir. Qəzada həlak olanlardan birinin yaxını Vəfa Eyvazov deyir ki, cinayət işinin gedişi ilə bağlı ailələrə heç bir məlumat verilmir:
"Guya ki, cinayət işi açıblar, istintaq getdiyi deyilir. Heç kimə heç bir məlumat verilmir. Bu hadisə təbii fəlakət nəticəsində baş verməyib, səhlənkarlıq üzündən olub. Tikinti rəhbərliyi əvvəldən bilirdi ki, uçacaq. Bunu vəfat edən fəhlələr də hadisədən bir neçə gün öncə həm rəhbərliyə, həm də özailə üzvlərinə bildirmişdilər".
Təhlükəsizliyi səbəbindən adının çəkilməsini istəməyən digər şikayətçi isə deyir ki, indiyə kimi zərərçəkənlərdən heç kim istintaqa çağrılmayıb:
“ Deyirlər ki, guya cinayət işi açılıb. Əslində deyəsən heç cinayət işi də açılmayıb. Camaatı yalandan aldadırlar. Arada kimlərinsə səhlənkarlığından yazıq kasıbların canı qurban getdi, balaları yetim qaldı. Burada günah birbaşa tikinti rəhbərliyinin üzərindədir. Fəhlələr qəza vəziyyəti ilə onları xəbərdar edib. Rəhbərlik isə, tədbir görmək əvəzinə, onları işdən çıxarmaqla hədələyib. Deyiblər yuxarıdan tapşırıq var, təmir tezliklə bitməlidir. Bu səbəbdən də qəza baş verib. Buna görə də qəzanın baş verməsinə səbəb olanlar mütləq cəzalandırılmalıdır. Görünən odur ki, əksinə işin üstünü ört-basdır edirlər. Ölənlərin qanı batıb getməməlidir".
Məsələyə münasibət öyrənmək üçün Babək rayon Prokurorluğu ilə əlaqə saxlamaq mümkün olmadı.
Martın 31-də Babək rayon Nehrəm kəndində təmirə dayanan 3 saylı orta məktəb uçub. Hadisə baş verən zaman, məktəbdə təmir işləri ilə məşğul olan çoxlu sayda fəhlə olub. Uçqun altında qalanlardan 4 nəfər yerindəcə həlak olub, bir neçə nəfər isə yaralanmışdı. Təmir-tikinti işini Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsi aparıb. Hadisə ilə bağlı Babək rayon Prokurorluğunda cinayət işinin açıldığı bildirilirdi.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?