“Azqranata” MMC NİYƏ ÇÖKÜR? - Daha bir İDDİA
“Azgranata” MMC şirə və şərab zavodu müflisləşməkdədir.
TİA.Az xəbər verir ki, şirkətin istehsalı aşağı düşüb. SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılova məxsus olduğu deyilən MMC durğunluq dövrünü yaşamaqdadır.
Zavod İsmayılovun yaxınlarının idarəçiliyindədir.
Bildirilir ki, indi işlər zəifləyib. Səbəb isə İsmayılovun Nazim Babayev adlı qohumunu idarəetməyə gətirməsi olub. Bu mövzuda cumhuriyyet.net yazıb ki, Babayev səriştəsizliyi ilə zavodun nailiyyətlərini 90 dərəcəlik istiqamətdə dəyişə bilib. Belə ki, Babayev az müddət ərzində müəssisənin bünövrəsinin qoyuluşundan əziyyət çəkən işçiləri öz qohumları və həmkəndliləri ilə əvəzləyib.
Sonra özünə yaxın işçilərin əli ilə zavoda saxta spirtlər doldurub. Ucuz və keyfiyyətsiz spirtdən hazırlanan içkiləri “Azgranata” məhsulu kimi yerli bazarlara dağıdan direktor, tezliklə müəssisənin brend məhsullarının alıcılıq qabiliyyətini sıfıra endirib.
Sayt yazır ki, Nazim Babayev direktorluqdan uzaqlaşdırılsa da, hazırda zavodun mühafizə xidmətinə rəis təyin edilərək, müəssisədə işini davam etdirir. Hazırda “Azqranata” MMC-nin İdarə heyətinin sədri Ceyhun Bəxtiyarlıdır. Zavodun direktorunun isə kim olduğu bilinmir. Sadəcə, idarəçilik bir neçə adamın arasında bölüşdürülüb – Ərəstun Mürsəlov (M.İsmayılovun qohumu), Nazim Babayev (M.İsmayılovun qohumu), Yusif Ləzgiyev (şərab istehsalı rəisi), Pünhan Ərzimanov (şirə istehsalı rəisi).
TİA.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?