İsmayıllıda sahibkara `RACON KƏSƏN` KİMDİR? - GİLEY
Avtomobil Yollarının Mühafizə Xidməti sahibkarlıq fəaliyyətinə maneə yaradır. Bu barədə redaksiyamıza sahibkar Adil Əsədov bildirib. Onun sözlərinə görə, 2016-cı ildə “Şöhlətoğlu” Ailəvi İstirahət Mərkəzini inşa edib.
“Həmin vaxt istirahət mərkəzinin qarşısını asflatlamaq üçün Avtomobil Yollarının Mühafizə Xidmətinin Rüstəm adlı əməkdaşına 600 manat vermişdik. İndi istirahət mövsümü başlayır. Ona görə biz də obyektin ətrafında abadlıq işləri aparırıq. Amma gəlib mane olurlar. Mühafizə Xidmətinin Səftər adlı rəisi faktiki olaraq bizə imkan vermir. Asfaltı təzələmək üçün bizdən 2500 manat tələb olunur. Dövlət rüsumu olsaydı, əlbəttə ödəyərdik. Amma bu rüsum deyil axı”, – sahibkar bildirib.
Sahibkarın sözlərinə görə, hazırda abadlıq işlərini davam etdirə bilmirlər: “Açıq şəkildə deyirlər ki, pul verməsəniz işləməyə imkan verməyəcəyik. Nə qədər xahiş etsək də, nəticəsi yoxdur. Ona görə də işlər dayanıb”.
Asil Əsədov qeyd edib ki, məsələ ilə bağlı yuxarı instansiyalara müraciət etmək niyyətindədir: “Hərçənd Səftər müəllim bizə deyib ki, hara istəyirsiniz şikayət edin, kimə istəyirsiniz deyin. Deyir ki, Prezident Administrasiyasında adamları var. Lakin biz inanırıq ki, bu özbaşınalığa son qoyulacaq”. //yamaz.info//

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?