SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Dünya Azərbaycanlılarının Zəfər Qurultayı

Dünya Azərbaycanlılarının Zəfər Qurultayı

Tarix:

25-04-2022, 14:24

/ 422 dəfə oxundu.
Dünya Azərbaycanlılarının Zəfər Qurultayı

 
Ölkəmizdə növbəti dəfə çox mühim tədbir keçirildi. Aprelin 22-də Dünya Azərbaycanlılarının Zəfər Qurultayı Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşada, tariximizin Qələbə təntənəsi olan «Şuşa İli»ndə baş tutdu.
Vətəndən kənarda yaşayan soydaşlarımıza diqqətin göstərilməsi dövlətimiz üçün hər zaman prioritet məsələ olmuşdur. Bu qurultayın keçirilməsində də əsas məqsəd xaricdəki soydaşlarımızın Vətənlə əlaqələrinin daima qırılmaz tellərlə bağlanmasıdır. Buna görə də Dünya Azərbaycanlıların V qurultayının Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi böyük tarixi və qürurverici hadisə oldu. Möhtəşəmliyi ilə yaddaşlara həkk olunan qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirakı etdi. Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad edilməsindən sonra ilk böyük görüşü oldu.
Zəfər Qurultayının Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi çox böyük tarixi əhəmiyyətə malikdir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Qarabağda bir araya gələrək, diaspor tarixində ilkə imza atadılar. Hansı ölkədə yaşamasından asılı olmayaraq bu qurultayda iştirak edən hər bir nümayəndə qədim yurd yerimiz, Qarabağın tacı olan Şuşanı 30 ildən sonra görmək xoşbəxtliyini yaşadılar.
8 noyabr 2020-ci il Şuşanın azad olunduğu və onun ardınca 10 noyabrda işğala son qoyulduğu tarixi günləri xalqımıza yaşadan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Şanlı Azərbaycan Ordusu, rəşadətli əsgər və zabitlərimiz bəxş etdi. Tarixi sənəd imzalandı: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı! Ali Baş Komandanımız yenə də tarixdə ən böyük Qələbəni - Vətən Müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdığı müjdəsini xalqımıza, bütün dünyaya çatdırdı.
44 günlük Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Aprelin 22-də Dünya Azərbaycanlılarının V Zəfər qurultayının mədəniyyətimizin beşiyi Şuşada keçirilməsi bir daha mili birlik, həmrəyliyin göstəricisidir. Həmçinin Dünya Azərbaycanlılarının V qurultayının “Şuşa İli”ndə keçirilməsi də Zəfərimizin tarixi təntənəsidir.
Bir sözlə, Dünya Azərbaycanlılarının Şuşada bir araya gəlməsinin böyük tarixi, siyasi və mənəvi əhəmiyyəti oldu. Bununla əlaqədar dünyanın müxtəlif ölkələrində xalğımızı ləyaqətlə təmsil edən diaspora üzvlərimizə gələək şlərində uğurlar arzu edirik.  
 
Təranə Zeynalova – BDU-nin professoru, Tarix elmləri doktoru

Şərhlər

XƏBƏR LENTİ