SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Baş həkimlər dövlətin verdiyi pulsuz dərmanları apteklərə satırlar - Bu fakt ARAŞDIRILMALIDIR...

Baş həkimlər dövlətin verdiyi pulsuz dərmanları apteklərə satırlar - Bu fakt ARAŞDIRILMALIDIR...

Tarix:

22-04-2022, 17:00

/ 712 dəfə oxundu.
Baş həkimlər dövlətin verdiyi pulsuz dərmanları apteklərə satırlar - Bu fakt ARAŞDIRILMALIDIR...

 
“Qanda şəkəri ölçən cihazlar (qlükometrlər), test striplər və dərman preparatları bəzi xəstəxanaların baş həkim, baş tibb bacısı və o işə baxan şəxslər tərəfindən apteklərdə satışa çıxarılır”. 

Bunu Bakupost.az -a həkim-radioloq Aydın Əliyev şəkərli xəstələrin dərman çatışmazlığı ilə bağlı danışarkən deyib:
Həkim bildirib ki, şəkərli diabet xəstələrinin dərman problemi son vaxtlar daha da artıb:

“Diabetli xəstələr qeydiyata alınırlar ki, dövlət tərəfindən onlar dərmanla təmin edilsin. Təəssüflər olsun ki, bəzi dövlət tibb müəssisələrində bu dərman preparatları, qanda şəkəri ölçən cihazlar (qlükometrlər) və yaxud test striplər bəzi xəstəxanaların baş həkim, baş tibb bacısı və o işə baxan şəxslər tərəfindən apteklərdə satışa çıxarılır. Halbuki o preparatlar dövlət tərəfindən verilib ki, şəkərli diabet xəstələrinə pulsuz verilsin. Həmin şəxslərin də birbaşa bu dərmanların çatışmazlığında rolu var”.

Həkim iddia edir ki, xəstəyə “dərman yoxdur” deyib harasa satırlar:
“Şəkərli diabet aşkar olunan xəstə ömrünün geri qalan hissəsini bu dərmanlardan istifadə edərək yaşamalıdır. Bəzən eşidirəm ki, şəkərli diabet xəstələrinə həkimin təyin etdiyi keyfiyyətli dərmanın əvəzinə keyfiyyəti çox aşağı olan, ziyanlı, əlavə təsirləri çox olan pereparatlar təklif edirlər. Əlbətə ki, bu pereparatların əlavə təsirləri çox, effekti isə az olur. Ona görə də bir çox xəstələr bu problemdən əziyyət çəkirlər. Halbuki dövlətin şəkərli dibaetlər üçün kifayət qədər dərman pereparatı var. Ona görə də xəstələr çəkinmədən xəstəxanalardan ən yaxşısını və keyfiyyətlisini tələb etməlidirlər. Lakin yerlərdə bundan sui-istifadə edərək, qeyri-qanuni yollarla haradasa satışa çıxarır və gəlir əldə edirlər. Bunların qarşısı alınmalı və ciddi ictimai nəzarət olmalıdır . Vəzifə səlahiyyətlərini aşmaq olmaz, bu, həm də qanunla yolverilməzdir və cinayətdir”.
Xatırladaq ki, sosial şəbəkələrdə şəkər xəstələrinin dərmanları ala bilməməsi ilə bağlı tez-tez şikayətlər yayılır.

Bakupost.az

Şərhlər

XƏBƏR LENTİ