XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Sabah Hesablama Palatasının hesabatı müzakirə ediləcək

Sabah Hesablama Palatasının hesabatı müzakirə ediləcək

Sabah Hesablama Palatasının hesabatı müzakirə ediləcək
19-04-2022, 16:30


Sabah Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.

Xalqxeber.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında hesabat müzakirə olunacaq.

İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun iştirakı gözlənilir.

Müzakirələrdən sonra hesabat Milli Məclisin plenar iclasına tövsiyə ediləcək.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.