SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Burda nələr baş verir... - İDDİA

Burda nələr baş verir... - İDDİA

Tarix:

12-04-2022, 16:12

/ 1 761 dəfə oxundu.
Burda nələr baş verir... - İDDİA

Deməli, Sumqayıt səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqovanın əməlləri barədə yazmaqdan öncə bir məsələyə qısa nəzər salaq.
Deməli, son illərin ən dəhşətli korrupsiya mənbəyinin tenderlər olduğu heç kimə sirr deyil.
Dövlət əmlakını talamağın, tenderləri qohumlara verməyin, “otkat” almağın ən optimal yolu tenderlərdir…
Son iki ayda tenderlərlə bağlı araşdırma zamanı 2 məsələ diqqətimizi cəlb edib.
Birincisi, deməli, dövlət qurumlarından biri Novruz bayramı ilə bağlı tender keçirir, hansı ki, neçə gündür Novruz bayramı başa çatıb…
İkincisi isə odur ki, səhv etmirəmsə, Baytarlıq Elmi-Tədqiqat İnstitutu Beynəlxalq Elmi Konfrans keçirmək üçün bir neçə yüz minlik tender keçirib.
Ən gülməlisi bilirsiniz nədir..?
Konfrans başa çatandan 1 ay sonra tender keçirilib.
Necə deyərlər, toydan sonra nağara…
Konfrans başa çatıbsa, hansı tenderdən söhbət gedə bilər..?
Sözümüzün canı odur ki, bu tender söhbəti bütün ölkədə ən ciddi korrupsiya mənbəyidir.
Və heç bir dövlət qurumu bu məsələni araşdırmaq istəmir.
İndi isə gələk konkret məsələyə.
Belə ki, Gündəlik-Bakıya daxil olan məlumata görə, Səkinə Sadıqovanın müdir olduğu Sumqayıt Səhiyyə şöbəsi 2021-2022-ci illər üçün tender keçirib, pullar mənimsənilib, necə deyərlər yeyilib üstündən də su içilib, amma…..
Əmması odur ki, heç bir tədbir keçirilməyib, nəsə bir iş görülməyib…
Görəsən, pulu ayıran Səhiyyə nazirliyi, yaxud İctimai Tibbi Sığorta Agentiyi Səkinə Sadıqovadan soruşmur ki, bu pulları hara xərcləmisən..?
Əsas məsələ də budur də.
Səkinə Sadıqovanın Agentlikdəki arxası-dayağı olan qrup rəhbəri Rəşad deyir ki, arxanda möhkəm dayanmışam nə istəyirsən elə….və mənimsənilən pulları bölək…
Biz Gündəlik-Bakı olaraq Səkinənin keçmişindən uzun-uzadı danışmaq istəmirik.
Ancaq qısa məlumat üçün qeyd edək ki, bu adam təkcə Sumqayıt Şəhər Təcili yardımın Qarajında baş verən cinayətlərə görə, çoxdan həbs olunmalı idi.
Çünki işçiləri artıq saat işlədirlər və pul vermirlər. Ehtiyyat hissələri üçün pul vermirlər.
Sürücülər üçün olan TABELLƏRİ dəyişib saxtalaşdırırlar.
Yəni Sumqayıt boyda səhiyyə şöbəsinin müdiri olan Səkinə Sadıqova təkcə dərman satdırmır, benzin, maşın yağı, avtomobil hissələri, təkər və s nə olsa satdırır, pulunu mənimsəyir.
Bəli, “Sumqayıt Təcili Tibbi Yardım” kimi böyük korrupsiya mərkəzi Səkinə Sadıqova üçün milyonlar deməkdir.
Hətta deyilənlərə görə, qaraj müdiri Kamran Əhmədov işə düzəlmək istəyənlərdən 10 min manat alıb Səkinə Sadıqovaya verir. Qaraja ayrılan benzini, yağı, avtomobil hissələrini satdırıb Səkinə Sadıqovaya çatdırır və özü də qazanır.
Bəli, müəssisədə benzin, ehtiyyat hissələri, bəzi başqa təsərrüfat məhsulları satılanda təcili yardım maşınları xəstələrə yardım dalınca gedəndə yollarda qalırlar. Səkinə Sadıqova deyir ki, qoy sürücülər özləri benzin, “zapçast” alsınlar.
Zavallı xəstələr isə evlərində gözləyir ki, indi təcili yardım gələcək….
Təsəvvür edirsiniz, Səkinə Sadıqovanın rəhbər olduğu qurumda ağır travma alan xəstə pulu olmadığı üçün 14 gün əməliyyat olunmayıb. Və həkim deyib ki, Səkinə Sadıqovaya 3 min manat pul verməliyik.
Şahidlər mediaya bildirib ki, 14 gün o xəstə nələr çəkdi, bir Allah bilir. Amma Səkinənin vecinə deyildi, 3 min manatı gözləyirdi….
Bir sözlə, dərman, preparat, tənzif satmaqla kifayətlənməyən, benzin, yağ, “zapçast” satan Səkinə Sadıqova 2019-cu ildən sonra əməlli-başlı oliqarxa çevrilib.
Səkinə Sadıqova o qədər həddini aşıb ki, hətta istədiyi xəstəxananın baş həkiminin icazəsi olmadan istənilən həkimi işdən azad edir, yerdəyişəmə edir.
Etiraz edən baş həkimlərə isə deyir ki, şöbənizi ləğv edərəm.
Yəni vaxtilə ruhi xəstə olan Səkinə Sadıqova hətta səhiyyə nazirinin səlahiyyətini mənimsəyib.
Sözün qısası, Səkinə Sadıqovanın təkəbbürünü azaltmağın vaxtı çoxdan çatıb.
Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq.
//gundelik-baku.com//

Şərhlər

XƏBƏR LENTİ