Ədalətli sülhün təminatı istiqamətində mühüm qərar
Bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələri sırasında öz parlaq gələcəyinə doğru inamla irəliləyir. Ulu Öndərin layiqli davamçısı, prezident İlham Əliyev həyata keçirdiyi düşünülmüş və uzaqgörən siyasətin nəticəsi olaraq Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda böyük uğurlara imza atır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin dəvəti ilə aprelin 6-da Belçika Krallığının paytaxtı Brüsseldə görüşü keçirilmişdir. Həmin görüşdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupunun yaradılması qərara alınmışdır. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.
Brüssel görüşündə ən vacib məqamlardan biri də tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin növbəti prosesinə başlaması barədə razılığın əldə olunmasıdır. Bunun nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır. Nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması qərara alınmışdır.
Avropa İttifaqı Şurasının Prezidentinin bəyanatında hər iki ölkə arasında sərhədin delimitasiyası və demarkasiyasının zəruri olduğu diqqətə çatdırılıb. Bu məqsədlə 2021-ci il 26 noyabr tarixli Soçi bəyanatına müvafiq olaraq aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının iclasının keçirilməsi ilə bağlı razılıq əldə edildiyi bildirilib. Bundan başqa, Şarl Mişel 2020-ci il 9-10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına tam riayət edilməsinin zərurətini də vurğulayıb.
Məlum olduğu kimi, dövlət başçımız bütün bu illər ərzində ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirən ikitərəfli əlaqələrin inkişafını xüsusi diqqət mərkəzində saxlamışdır.
Bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi bunu bir daha əyani şəkildə göstəricisidirdi.
Eyni zamanda, Azərbaycan istər regional, istərsə də beynəlxalq səviyyədə ölkələrarası əməkdaşlıq və təhlükəsizlik məsələlərinə mühüm töhfələr verir.
Aynur Xəlilova – publisist

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?