Şəmkirin icra başçısı haqda ilginc iddialar... - Belə deyirlər...
"Şəmkir rayonu ilə bağlı maraqlı məlumatlar gəlməyə davam edir. Rayonda baş verən özbaşınalıqlar, məmur vətəndaş münasibətlərinin kobud surətdə pozulması, yerli icra nümayəndələri, bələdiyyələrin, həmçinin xidmət sektoru sahəsində fəaliyyət göstərən təşkilatların Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevə qarşı olan loyal və laqeyd münasibəti insanları yumşaq desək bezdirib". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daah sonra bildirilir: "Hər gün İcra Hakimiyyətinə qəbula gedən vətəndaşlar müxtəlif bəhanələrlə oradan uzaqlaşdırılır. Gah deyilir Cənab Başçı şəhid ailələri ilə görüşə gedib, gah Cənab Başçının Bakıdan qonaqları var, gah Cənab Başçı daxildə iclas keçirir və s.
Son günlər müxtəlif KİV səhifələrində Şəmkir rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini vəzifəsinə təyinatla bağlı çox geniş yazılar yazıldı. İcra Hakimiyyətinə yaxın mənbələrdən əldə etdiyimiz məlumata görə, Süleyman Zeynallının bu vəzifəyə təyinatı heç də Rəşad Tağıyevin ürəyincə deyilmiş. Çünki deyilənə görə icra hakimiyyəti əməkdaşları üçün təqdimat mərasimində Rəşad Tağıyev fərqli çıxış edib. Sitat: "bu vəzifəyə onsuz kimsə təyin olmalı idi. Çox söz söhbət gəzirdi ki şəmkirli olmalıdır. Süleyman müəllim Bakıdan gəlsə də şəmkirlidlir. Ona görə də bundan sonra söz söhbət daha bitər. Böyüklərimiz belə məsləhət bildi, məndə Süleyman müəllimin namizədliyini qəbul etdim".
Bu çıxışdan və etibarlı mənbələrdən əldə etdiyimiz informasiyaya görə, Süleyman Zeynallının təyinatı heç də Rəşad Tağıyevin ürəyincə deyilmiş. Rəşad Tağıyevin Bakıdan namizədi tamam başqa kadr imiş.
Düşünürük ki, Şəmkirdə əsl siyasi mühit bundan sonra formalaşacaq. Ən azından Süleyman Zeynallı Şəmkir üçün nəsə etməyə çalışacaq, Rəşad Tağıyev isə bu aktivliyə necə reaksiya verəcək, zaman göstərəcək".
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?