SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İtaliya-Azərbaycan Universitetinin təməli qoyuldu - YENİLƏNİB

İtaliya-Azərbaycan Universitetinin təməli qoyuldu - YENİLƏNİB

Tarix:

2-04-2022, 15:25

/ 530 dəfə oxundu.
İtaliya-Azərbaycan Universitetinin təməli qoyuldu - YENİLƏNİB

 
İtaliya-Azərbaycan Universitetinin təməli qoyulub.

Mərasimdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, İtaliyanın xarici işlər naziri Luici Di Maio, təhsil naziri Emin Əmrullayev, energetika naziri Pərviz Şahbazov və başqa şəxslər iştirak edib.

***13:13

Bu gün əlamətdar hadisə baş verəcək. Luici Di Maionun Azərbaycana səfəri çərçivəsində İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçiriləcək.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, dövlət başçılarımızın razılaşmalarına uyğun olaraq müəyyən bir dövrdə İtaliya-Azərbaycan Universitetinin təsis edilməsinə dair hazırlıq işləri aparılırdı.

“Hər iki ölkənin nazirlikləri, Azərbaycan tərəfindən ADA Universiteti və İtaliyanın 5 aparıcı universiteti hazırlıq işlərində iştirak edirdi. Hazırlıq işləri artıq yekunlaşmaq üzrədir. Bu, bir tərəfdən həm təhsil sahəsində əməkdaşlıq, eyni zamanda, iqtisadi sahədə qurulan əməkdaşlıq istiqamətində yüksəkixtisaslı kadrların hazırlığı deməkdir. Bunu daha geniş məfhumda götürsək insanların bir-biri ilə əlaqəsi və dostluğa töhfə verən önəmli bir layihə kimi dəyərləndirmək olar”, -deyə C.Bayramov vurğulayıb.

Şərhlər

XƏBƏR LENTİ