XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Prezident və xanımı Rüstəm İbrahimbəyovun vida mərasiminə əklil göndərdi

Prezident və xanımı Rüstəm İbrahimbəyovun vida mərasiminə əklil göndərdi

Prezident və xanımı Rüstəm İbrahimbəyovun vida mərasiminə əklil göndərdi
16-03-2022, 13:10

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vida mərasiminə əklil göndərib.

Əklil dəfn zamanı mərhumun məzarı önünə qoyulacaq.

Xatırladaq ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-i Vətənə gətirilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.