Zakir Fərəcovun səhhəti ilə bağlı xəbərlər yayılıb... - işdən çıxmağa hazırlaşır?
Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov fevralın əvvəlindən etibarən ölkəni tərk edib.
Xalqxeber.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, buna səbəb Fərəcovun uzun müddətdir əziyyət çəkdiyi xəstəlikdir.
Belə ki, icra başçısı bir neçə ildir beynində yaranmış problem səbəbindən xaricdə müalicə alır. Məlumatlara görə, o, əsasən İsrail və Almaniyadakı həkimlərə üz tutur. Fevralın əvvəlində isə icra başçısı yenidən müayinə üçün Almaniyaya gedib və həkimlərin qərarına əsasən əməliyyat olunub. Hazırda vəziyyətinin stabil olduğu deyilir.
Sumqayıt İcra Hakimiyyətindəki mənbədən əldə etdiyimiz məlumata görə, Zakir Fərəcov fevralın 20-də işə çıxacaq. Xocalı Faciəsinin ildönümündən sonra isə onun işdən çıxmaq üçün dövlət başçısına müraciət edəcəyi gözlənilir. Buna səbəb də səhhətinin işləmək üçün imkan verməməsi və mütəmadi olaraq həkim nəzarətində olmasıdır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?