SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm »  Ruhi Əsəb Dispanserində QAN DONDURAN vəziyyət - “Xəstələri sağa-sola işlədirik”

 Ruhi Əsəb Dispanserində QAN DONDURAN vəziyyət - “Xəstələri sağa-sola işlədirik”

Tarix:

18-02-2022, 12:30

/ 751 dəfə oxundu.
 Ruhi Əsəb Dispanserində QAN DONDURAN vəziyyət - “Xəstələri sağa-sola işlədirik”



Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserindən şikayət var. Oradakı xəstələrin öz vəziyyəti onsuz da insanların ürəyini ağrıdır. Lakin oradakı “həkimlərin” və xəstəxana işçilərinin ruhi xəstələrə tutduqları divan daha sarsıdıcıdır. 

Xalqxeber.az-ın məlumatına görə, Bizim.Media-ya daxil olan şikayətdə bildirilir ki, xəstəxanada müalicə alan qadın xəstələr müxtəlif işlərə cəlb olunurlar.

Sahibsiz olmalarından sui-istifadə edib onlara qab yudurur, ən ağır təmizlik işləri gördürürlər:

“Mən bunları gözlərimlə görmüşəm, xəstələri orada işlədirlər. Qab yudurur, həyət-bacanı təmizlətdirirlər. Hələ xəstəxana həyətindən çıxanda bir cavan xanım yazıq halda məndən gizlincə siqaret istədi bu hadisəni heç vaxt unutmaram...”

Şikayətdə həmçinin bildirilir ki, həkimlərin biri onların sahibsiz olmaqlarını səbəb gətirərək əməllərinə haqq verib:

“Mənə dedi ki, sahibləri yoxdur çölə atmırıq, əvəzində sağa-sola işlədirik. Bu sözü eşidəndə paramparça olmuşdum”.

Məsələ ilə bağlı 1 Saylı Psixiatriya xəstəxanası ilə əlaqə saxlamağa çalışdıq. Lakin işçilər bu haqda məlumatlı olmadıqlarını qeyd edərək başqa nömrəyə yönləndirdilər. Həmin nömrə isə məlum məsələ... Zəngimiz cavabsız qaldı.

Psixoloq Mədinə Rəsul isə bildirir ki, həmin xəstələrin fiziki istismarı tibb etikasına ziddir və yolverilməzdir:

“Fiziki və psixoloji istismar istənilən şəxs üçün yolverilməzdir. Xüsusilə ruhi xəstəliklərdən əziyyət çəkənlərə həkimlər, işçilər tərəfindən şiddətin, diskriminasiyanın aparılması tibb etikasına ziddir. Nəticədə bu tip xəstəlikdən əziyyət çəkən şəxslərin İQ-su olmasa da, EQ- yəni emosional zəkaları var, duyğuları var, onlara qarşı edilən zorakılığı, istismarı hiss edə və bundan sarsıla bilərlər. Təəssüf ki, ruhi xəstəliklərdən əziyyət çəkən şəxslərə münasibət birmənalı deyil”.

Psixoloq bildirir ki, həmin xəstələri işlətmək yox, sənətə yönləndirmək lazımdır. Bu proqram Səhiyyə Nazirliyi və Xəstəxanın təşəbbüsü ilə təşkil oluna bilər:

“Həmin şəxslər vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif peşə sahələrinə yönləndirilməlidirlər. Sözügedən proqramlar Psixiatriya xəstəxanasının nəzdində də keçirilə, həmçinin Səhiyyə Nazirliyi tərəfindən də proqramlar təşkil oluna bilər.

Dünya praktikasında da göstərilir ki, ruhi xəstəliklərdən əziyyət çəkən şəxslərin reabiltasiya prosesində onlara məşğuliyyətlər yaradırlar. Həmin məşğuliyyətlərə rəssamlıq, ipə muncuq düzmək və digər əl sənətlərini misal çəkə bilərik. Nəticədə onlar özlərini bu sahələrdə inkişaf edirə, pozitiv enerji ilə əhatələnə və cəmiyyətə yararlı ola bilərlər”.

Məsələnin araşdırılmasını Səhiyyə və hüquq-mühafizə orqanları ilə davam etdirəcəyik.

Xatırladaq ki, Maştağadakı Ruhi-Əsəb Dispanserində bu birinci hadisə deyil. Müəssisədə vaxtaşırı bu cür qeyri-insani hərəkətlərin baş verməsi mətbuatın gündəmində olub. 2020-ci ildə də dispanserdə xəstələri ələ-salan, şəxsiyyətlərini təhqir edən video çəkilərək yayımlanmışdı.

Şərhlər

XƏBƏR LENTİ