Mehdiyevi AMEA-dan yalnız Prezident göndərə bilər - Elçin Şıxlı
“Ramiz Mehdiyevi AMEA-ya cənab Prezident təyin edib və onu oradan ancaq Prezident çıxara bilər”.
Xalqxeber.az xəbər verir ki, bu sözləri Bakupost.az -a Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib.
Onun sözlərinə görə, Mehdiyev AMEA-ya aidiyyəti olmayan adamdır:
“Bircə onu deyə bilərəm ki, Ramiz Mehdiyev elmə, ümumiyyətlə, aidiyyəti olmayan adamdır. Ömür boyu inzibatçı, Kommunist Partiyasının üzvü olub, beyni hələ də kommunist beynidir. Yəni bolşeviklərin ən pis, ən murdar səciyyələri kommunist dediyim məhfumun içindədir. AMEA-dan gedib-getməməyi yalnız dövlət başçısından asılıdır”.
Elçin Şıxlı qeyd edib ki, Azərbaycan elmində heç bir irəliləyişin olmaması təkcə Mehdiyevlə bağlı məsələ deyil: “Ramiz Mehdiyevə qədər də heç bir irəliləyiş, inkişaf yox idi. Ramiz Mehdiyev gələndən sonra olmayan bir şeyi də məhv elədi. AMEA-da edilmiş hansısa bir kəşfin adını deyə bilərsiniz? Son 30, 40, 50 ildə heç bir kəşf yoxdur. Camaat AMEA-ya boş-boş gedir, gəlir. Ortalıqda heç bir şey yoxdur. Hamı indi dolanışıq arxasınca qaçır. Ona görə də bizdə elm yox səviyyəsindədir”. XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?