Sürücülərə XƏBƏRDARLIQ - Sabahdan...
Bununla bağlı Nazirlər Kabinetinin qərarı var
Sabahdan 3-cü dozanı qəbul etmədən avtobus və taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə bağlı tədbirlər görüləcək.
Bunu trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, bununla bağlı Nazirlər Kabinetinin qərarı var. Həmin qərara uyğun olaraq tədbirlər icra olunacaq.
Belə ki, qaydalara əməl etməyən sürücülərlə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.
E.Hacıyev bildirib ki, karantin qaydalarının qorunması və gözlənilməsi diqqət mərkəzində saxlanılır. Qapalı məkanlarda, ictimai nəqliyyatda nəzarət profilaktik tədbilərin həyata keçirilməsi gündəlik işin əsas tərkib hissəsidir.
Qeyd edək ki bu, Nazirlər Kabineti 30 dekabr 2021-ci il tarixində "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarında etdiyi dəyişiklikdə əksini tapıb.
Fevralın 15-dən isə COVID sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq. Etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?