XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Sabiq deputata cinayət işi açıldı - FOTO

Sabiq deputata cinayət işi açıldı - FOTO

Sabiq deputata cinayət işi açıldı - FOTO
15-01-2022, 18:45

Milli Məclisin ikinci çağırış deputatı qanunsuz ağac kəsməkdə ittiham olunur.

Lent.az-ın əldə etdiyi məlumata görə, keçmiş deputat Şərifov Ağakərim Şirəli oğlu Cinayət Məcəlləsinin 259.2.3-cü (qanunsuz ağac kəsmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir. İş üzrə toplanan materiallar baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.İş hakim Rəşad Məmmədovun icraatına verilib.

İş üzrə zərərçəkən qismində vətəndaş Əliyev Cavidan Məzahir oğlu tanınıb.

Qeyd edək ki, A.Şərifov 2000-2005-ci illərdə Milli Məclisin ikinci çağırış deputatı olub.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.