Saxta polkovnik Türkiyədə bu məmuru da aldadıbmış... - VİDEOFAKT
Xəbər verdiyimiz kimi, özünü FHN polkovniki kimi təqdim edərək Türkiyədə Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktayla görüşən Rasim Əhmədli ötən ilin noyabrından beynəlxalq axtarışa verilib.
Xalqxeber.az“Qafqazinfo”ya istinadən xəbər verir ki, özünü ötən il Türkiyədə baş vermiş yanğınların söndürülməsində böyük şücaət göstərmiş kimi qələmə verən Rasimin qardaş ölkədə daha bir məmuru aldatdığı üzə çıxıb.
Belə ki, əvvəllər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 221 (Xuliqanlıq) 29.120 (qəsdən adam öldürməyə cəhd) maddələri ilə məhkum olunmuş Rasim Əhmədli, ötən ilin avqust ayında Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaşla görüşüb və özünü yenə FHN-in polkovniki kimi təqdim edərək, ona hədiyyə də verib. Axtarışda olan Rasim, bələdiyyənin kanalına müsahibəsində yanğınların söndürülməsi zamanı dronları idarə etdiyini bildirərək yalan danışıb.
Bu arada DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Rasimin əməlləri ilə bağlı maraqlı şərhi ilə diqqət çəkib.
“Ona kim salam veribsə, aldadıb. Kim inanıbsa, zərər çəkib. Dələduzlara xas olan bütün ritual qaydalara da ciddi əməl edib” - deyə qurum rəsmisi bildirib.
Qeyd edək ki, FHN də həmin şəxsin nazirlikdə işləmədiyini açıqlayıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?