SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Brüsseldəki görüşlər ölkəmizin haqlı mövqeyini bir daha təsdiqlədi

Brüsseldəki görüşlər ölkəmizin haqlı mövqeyini bir daha təsdiqlədi

Tarix:

17-12-2021, 13:27

/ 540 dəfə oxundu.
Brüsseldəki görüşlər ölkəmizin haqlı mövqeyini bir daha təsdiqlədi

 
Azərbaycan Prezidenti İlham Əliyev Belçikanın paytaxtı Brüsseldə keçirilən   Şərq Tərəfdaşlığının  VI Sammitindəki çıxışında, həmçinin keçirdiyi görüşlərdə postmünaqişə dövrünün çağırışlarını bir daha səsləndirərək  Ermənistanın sülh sazişi ilə bağlı danışıqlara başlamasının vacibliyini diqqətə çatdırdı. Ölkə Prezidentinin  keçiridiyi görüşlər, ən əsası Avropa İttifaqı Şurasının Prezidentinin   təşəbbüsü ilə  Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşləri, Şarl Mişelin üçtərəfli görüşün nəticəsi ilə  bağlı Bəyanatında yer alan fikirlər ölkəmizin söz sahibliyini nümayiş etdirir.
Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərdə yeni səhifə açılır. Azərbaycanın yürütdüyü siyasət, həmçinin Vətən müharibəsində tarixi  Zəfəri iki və çoxtərəfli çərçivədə əlaqələrini daha da möhkəmləndirir, ölkəmizə beynəlxalq dəstəyi artırır.
30 ilə yaxın işğal, həmçinin 44 günlük Vətən müharibəsi dövründə  seyrçi mövqedə dayanan əksər dövlətlər, beynəlxalq təşkilatlar bu gün Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə yardımçı olmağa çalışırlar. Bu, Azərbaycanın artan nüfuzu ilə yanaşı,  bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasının artıq  hər bir dövlətin, beynəlxalq  təşkilatın marağında olduğunu göstərir.
Kommunikasıyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılması və sair kimi məsələlərin  həlli də öz növbəsində sülh müqaviləsinin imzalanmasını zəruri edir. Bu sazişin imzalanması Ermənistanla Azərbaycanın qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü dəstəkləməsidir.
Prezident İlham Əliyevin Brüsselə işgüzar səfəri Avropa İttifaqı ilə NATO-nun  Azərbaycana dəstəyini nümayiş etdirdi. Avropa İttifaqı Şurasının Prezidentinin üçtərəfli görüşün nəticəsinə dair Bəyanatında da əksini tapan  Azərbaycanın haqlı mövqeyinin təsdiqidir.
Soçi, ardınca Brüssel görüşü, həmçinin Şərq Tərəfdaşlığının Sammiti çərçivəsində Fransa Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin qeyri-formal görüşü artıq Ermənistanın dalana dirəndiyini, beynəlxalq təzyiqlərin gücləndiyini təsdiqləyir. 
 
 
Elşən Manafov - Siyasi sərhçi, politoloq

Şərhlər

XƏBƏR LENTİ