Oliqarxın keçmiş arvadı ondan 7 milyard dollar tələb edir - Londonda məhkəmə
Rusiyalı milyarder-oliqarx Vladimir Potanin keçmiş arvadı Natalya Potanina ilə London məhkəməsində çəkişir. Buna səbəb milyarderin təxminən 10 il əvvəl boşandığı keçmiş arvadının ona qarşı qaldırdığı təzminat iddiasıdır. Natalya Potanina tələb edir ki, keçmiş ərinin sərvəti yarıya bölünsün və bir hissəsi ona verilsin. Vladimir Potaninin sərvətinin 14 milyard dolları keçdiyi nəzərə alınarsa bu, 7 milyard dollarlıq iddia deməkdir və tarixdə ən bahalı boşanma təzminatı iddiası hesab edilə bilər.
Vladimir Potanin “Nornikel” şirkətinin səhmdarıdır və digər iri biznes aktivləri var. O, Rusiya məhkəməsinin qərarına əsasən boşandıqdan sonra keçmiş arvadına 82 milyon dollar təzminat ödədiyini bildirir, lakin Natalya iddia edir ki, bu məbləğin ancaq yarısını alıb.
Rusiya hüquqşünaslar Assosiasiyasının üzvü Dmitri Uvarov “Kommersant”a bildirib ki, Potanin keçmiş arvadının Londonda boşanma təzminatı iddiası qaldırmağa hüququ yoxdur. Onun sözlərinə görə, nigahın Rusiyada pozulmasından sonra Natalya Potaninanın London məhkəməsinə müraciət etməsi təsdiqlənərsə o zaman milyarderin əmlakının bölünməsi iddiası təmin olunmaya bilər.
Potaninin aktivləri birbaşa onun öz adına deyil, offşorlarda qeydə alınmış investisiya fondlarına məxsusdur. Amma London məhkəməsi üçün bu problem deyil, orada investisiya fondlarında gizlədilmiş aktivləri sürətlə aşkar edə bilirlər.
Hüquqşünaslara görə, Natalya Potaninanın məhkəməni udmaq şansları yüksəkdir, lakin London məhkəməsinin qərarının icrasının nə dərəcədə mümkün olacağı aydın deyil. Hər halda qərar Potaninaya problemlər yaradar, məsələn, Böyük Britaniyada “Nornikel”in aktivləri aşkarlansa onların dondurulması baş verə bilər.
virtualaz.org XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO