SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcəkmi... - "Bu barədə məlumatı yayan kimdirsə..."

Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcəkmi... - "Bu barədə məlumatı yayan kimdirsə..."

Tarix:

11-11-2021, 08:53

/ 590 dəfə oxundu.
Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcəkmi... - "Bu barədə məlumatı yayan kimdirsə..."


Son zamanlar sosial şəbəkələrdə belə bir iddia səslənir ki, Parlament 2022-ci ildə növbədənkənar seçkilərə gedə bilər. Həmçinin əldə edilən məlumatlara görə, növbəti seçkilərdə indiki 40 deputat namizəd ola bilməyəcək.
Məsələ ilə bağlı deputat Fazil Mustafa Bizimyol.info saytına fikir bildirib. Deputat qeyd edib ki, yayılan bu məlumatların ciddi əsası yoxdur:

“Bu barədə məlumatı yayan kimdirsə, o, hüququ bilmir. Nə baxımdan? Çünki belə məlumatlar adətən, o vaxt verilir ki, bu məlumatların hüquqa dayanan bir əsası olsun.

Məsələn, onlar nə bilirlər ki, 40 nəfər deputat növbəti dəfə seçilməyəcək? Bu, bir seçki prosesidir, hətta ola bilsin ki, 125 nəfərin heç biri seçilməsin. Bunu necə müəyyən edirlər? Kim müəyyən edir? Bu baxımdan, həmin informasiya ciddi səslənmir. Məntiqli düşünən insanlar, bu məlumatlar barədə hər hansısa şəkildə mülahizə yürütmürlər”.

Deputat belə əsassız məlumatlar üçün MSK-nin mətbuat xidmətinin təkzibedici məlumat yayıb-yaymaması barədə suala da münasibət bildirib: “İndi, onlar nə təkzib versinlər? Boş, mənasız xəbərdir. İndi dəlinin biri quyuya bir daş atıb, hamı da onu çıxarmağa çalışır. Belə bir şey yoxdur”,- deyə deputat Fazil Mustafa əlavə edib.

Şərhlər

XƏBƏR LENTİ