SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Nazir şöbə müdirini Astaradan Lənkərana göndərdi - FOTO

Nazir şöbə müdirini Astaradan Lənkərana göndərdi - FOTO

Tarix:

10-11-2021, 14:47

/ 841 dəfə oxundu.
Nazir şöbə müdirini Astaradan Lənkərana göndərdi - FOTO



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinə yeni müdir təyin edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Sahil Babayevin müvafiq əmri ilə Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsinin müdiri Uğur Qurbanzadə vəzifəsindən azad olunub. Nazirin digər əmri ilə Uğur Qurbanzadə Fondun Lənkəran şəhər şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Uğur Əlövsət oğlu Qurbanzadə 1991-ci ildə Lənkəranın Nərimanabad qəsəbəsində anadan olub. Bir müddət Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Nərimanabad qəsəbəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.
Nazir şöbə müdirini Astaradan Lənkərana göndərdi - FOTO

Şərhlər

XƏBƏR LENTİ