SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Kəmaləddin Heydərov da yola salınır? - Belə deyirlər...

Kəmaləddin Heydərov da yola salınır? - Belə deyirlər...

Tarix:

5-11-2021, 08:55

/ 677 dəfə oxundu.
Kəmaləddin Heydərov da yola salınır? - Belə deyirlər...


Yaxın günlərdə digər idman federasiyalarının rəhbərləri Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla bağlı qərarın veriləcəyi gözlənilir.

Bu məqamda qeyd edək ki, K. Heydərov iki idman federasiyasının – Azərbaycan Boks və Azərbaycan Taekvondo federasiyalarının prezidentidir. Onun hələlik Boks Federasiyasının prezidenti olaraq fəaliyyətini davam etdirəcəyi söylənilsə də, Taekvondo Federasiyasının rəhbərliyindən gedəcəyi qərarı qətiləşib. Buna səbəb isə yeni Gənclər və İdman naziri Fərid Qayıbovun bu sahədə islahatlar aparmaqda israrlı olması göstərilir. Bu məqsədlə Azərbaycan Taekvondo Federasiyasının növbədənkənar konfransının çağırılacağı söylənilir.

Xatırladaq ki, Azərbaycan Taekvondo Federasiyası 1992-ci ildə təsis edilib. Federasiyasının prezidenti Fövqəladə Hallar naziri olsa da, vitse-prezidentləri Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyev, FHN-in İdman-sağlamlıq klubunun rəisi Füzuli Musayev, idman təşkilatçısı Nağı Səfərov və Kəmaləddin Heydərovun sahibkar qardaşı Səməd Heydərovdur.

Onun yerinə kimin təyin olunacağı barədə isə dəqiq məlumat yoxdur. Ehtimallara görə, Fövqəladə Hallar nazirini Azərbaycan Taekvondo Federasiyasının prezidenti postunda gənc nazir həmkarlarından biri əvəz edəcək. Artıq federasiyada növbədənkənar konfrans hazırlıqlarına başlandığı da söylənilənlər arasındadır. K.Heydərovla yanaşı, Füzuli Musayev istisna olmaqla federasiyanın digər vitse-prezidentlərinin də yola salınacağı bildirilir. Mənbəmizin sözlərinə görə, K.Heydərovun biznesmen qardaşı Səməd Heydərov da öz postunu təhvil verməli olacaq.

Kəmaləddin Heydərov 1961-ci ildə Naxçıvanda anadan olub. Bakı Dövlət Universitetinin Geologiya fakültəsini və Azərbaycan Universitetini bitirib. Əmək fəaliyyətinə “Xəzərdənizneftqaz” kəşfiyyatı idarəsində texnik kimi başlayıb, sonradan müəssisənin geoloqu olub. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra bir müddət Özbəkistanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. “M-Gilan” adlı şirkətin təsisçisi olub. 1995-2006-cı illərdə Dövlət Gömrük Komitəsinin sədri işləyib. 2006-cı ildən Fövqəladə Hallar naziridir.

Hokm.az

Şərhlər

XƏBƏR LENTİ