SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “İstərdim oğlumu Rəşad Mahmudov əməliyyat etsin, amma maddi imkanım çatmır” - Prezidentə müraciət olundu

“İstərdim oğlumu Rəşad Mahmudov əməliyyat etsin, amma maddi imkanım çatmır” - Prezidentə müraciət olundu

Tarix:

23-10-2021, 15:59

/ 409 dəfə oxundu.
“İstərdim oğlumu Rəşad Mahmudov əməliyyat etsin, amma maddi imkanım çatmır” - Prezidentə müraciət olundu


Məlum olduğu kimi, Azərbaycanda özəlləşdirmə çeklərinin tədavül müddəti 2011-ci ilin yanvar ayının 1-də başa çatıb. Lakin buna baxmayaraq, yüzminlərlə insan hələ də dəyərsiz qiymətli kağız olaraq vauçerlərini qoruyub saxlayır. Qeyd edək ki, proses dövründə özəlləşdirmə paylarının yalnız 80 faizindən istifadə olunduğu, qalan 20 faizin isə əllərdə qaldığı deyilir.

Ekspertlər hesab edirlər ki, özəlləşdirmə çekləri ölkəmizdə dövriyyəyə buraxılan ilk gündən öz dəyərini ifadə edə bilməyib. Əhalinin buna hazır olmaması, iqtisadiyyatda xırda və orta sahələrin özəlləşdirilməsi başlanılan zaman vətəndaşların sosial-iqtisadi durumunun aşağı olması və məsələnin mahiyyəti barədə dövlət səviyyəsində lazımi izah və təbliğat işinin aparılmaması vətəndaşlar üçün faydalı bir prosesin nəticəsiz yekunlaşmasına gətirib gətirib. Bəzi iddialara görə isə, ümumilikdə özəlləşdirmə prosesindən daha çox işbazlar, məmur-oliqarx zümrəsi faydalanıb.

Görəsən, proses şəffaf və təmiz aparılsaydı, nə baş verərdi? Vətəndaşların özəlləşdirmə prosesində iştirakı onlara nə verəcəkdi?

AYNA-ya danışan politoloq Zərdüşt Əlizadə tarixə qısa ekskurs edib. Deyib ki, SSRİ dağıldıqdan sonra İttifaqdan miras qalmış dövlət müəssisələrinin özəlləşdirilməsi labüd idi: “Bunu hansısa formada həyata keçirməliydilər. Çünki müstəqil Azərbaycan dövləti Sovet Azərbaycanının varisi idi. Sovet Azərbaycanında isə hər bir vətəndaşın özünün, atasının, babasının zəhməti var idi. O dövrdə Anatoli Çubays Rusiyada bu prosesin həyata keçirilməsinə məsul idi. Kifayət qədər hiyləgər adam idi və özəlləşdirmə prosesi zamanı böyük fırıldaqlara yol verdi. Həmin dövrdə müstəqil dövlətlərin nümayəndələri ilə onun görüşləri təşkil edilirdi. Bu görüşlərdə Çubays Rusiyada tətbiq olunan mürtəce özəlləşdirmə siyasətinin oxşarını onlara da təklif edirdi”.

Həmsöhbətimiz bildirib ki, ötən əsrin 90-cı illərinin sonlarında mərhum Prezident Heydər Əliyevin vətəndaşlara əvəzsiz özəlləşdirilmə çeklərinin paylanılması ilə bağlı fərmanı müsbət addım idi: “Bu təcrübədən əksər postsovet dövlətləri, o cümlədən Çexiya və digər ölkələr də istifadə edib. Nəzərdə tutulurdu ki, Sovetdən qalan dövlət mirası vətəndaşların iştirakı ilə bölüşdürülsün. İki yol var idi: Ya Rusiyadakı kimi proses formal həyata keçirilir, adı olub, özü olmur, ya da hər şey şəffaf şəkildə təşkil olunurdu. Təbii ki, Azərbaycanda birinci varianta üstünlük verildi”.

“Sizə başıma gələn əhvalatı danışım. Deməli, o zaman Sabunçu bazarının yaxınlığında özəlləşdirmə çeklərini götürməyə getmişdim. Gördüm sıxlıqdır, insanlar bir-birinin “ətini yeyir”, aşağıda da işbazlar dayanıb, onlardan həmin çekləri dəyər-dəyməzinə satın alırlar. Qərara gəldim ki, bu vaçerləri ümumiyyətlə, götürməyim”, - deyə Əlizadə vurğulayıb.

Onun sözlərinə görə, bu proses bir qrup işbazın xeyrinə yekunlaşıb: “Bununla bağlı hesabat verən də olmadı. Çox mürtəce formada bu prosesi başa vurdular. Bu məsələdə də ənənəvi qaydalardan istifadə edildi. Bir qrup məmur-oliqarx varlandı, əhali isə seyirçi qaldı. Bəzi adamlar oldu ki, vauçerlərini qoruyub saxladılar. Bu gün də saxlayırlar. Ümid edirlər ki, nə zamansa onlar yenidən dövriyyəyə qayıdacaq. Bu prosesi aparan, özünü varlandıran məmur təbəqəsi də imkan verməməyə çalışır ki, əhali bu prosesdən qazancla çıxsın”.

Müsahibimiz Çexiyada bu prosesin çox ədalətli və şəffaf şəkildə həyata keçirildiyini qeyd edib: “Hətta Belarusda belə, bu vauçerlərin vətəndaşlara faydası oldu. Çexiyada isə proses çox şəffaf şəkildə aparıldı. Çexlər böyük imtiyazlar əldə etdilər. Proses ədalətli şəkildə aparılsaydı, Azərbaycanda da vətəndaşlar dədə-babalarından miras qalan paylara sahib olacaqdılar. Müxtəlif müəssisələrin pay sahiblərinə çevriləcəkdilər. Onların özəl sektorun fəaliyyətində iştirakı təmin ediləcəkdi”.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da AYNA-ya şərhində deyib ki, Sovet İttifaqından qalmış dövlət mirasının bölüşdürülməsi qaçılmaz idi: “O dövrdə postsovet dövlətlərinə rəhbərlik edən şəxslər də bunu anlayırdılar. Bu səbəbdən bütün keçmiş İttifaq dövlətlərində bu proses həyata keçirildi. Çünki başqa yol yox idi”.

“Ən dəhşətli məqam odur ki, bu prosesi elan etdilər. Lakin prosesi o qədər sürətlə təşkil etdilər ki, əhali bir də onda ayıldı ki, “lələ köçüb, yurdu qalıb”. Əslində isə bu prosesə başlamazdan əvvəl geniş maarifləndirmə işləri aparılmalı idi. Vətəndaşlar bilməli idilər ki, bu vauçerlərin mahiyyəti nədir. Amma heç kim bilmirdi. Baxmayaraq ki, kifayət qədər savadlı və anlayışlı adamam, mən də bunun mənasını bilmirdim”, - deyə hüquq müdafiəçisi söyləyib.

Onun bildirdiyinə görə, vətəndaşlar bu barədə proses bitəndən sonra məlumatlı oldular: “Demək olar ki, əhalinin mütləq əksəriyyəti vauçerləri satmışdı. Az sayda insanda bu qalmışdı ki, onlar da gözləmə mövqeyi tuturdu. Mənim qonşum həmin vauçeri satıb, özünə televizor aldı. Təsəvvür edin, adamın ata-babası illərlə tər töküb, Sovet dövlətinə xidmət edib, nəticədə bir televizorla bunun qarşılığı verilir”.

“Təəsüf ki, vətəndaşlar bu məsələdə də aldadıldı. Təbii ki, proses şəffaf aparılsaydı, çox şeylər qazanardıq. Sovetdən qalma müəssisələrdə pay sahibi olardıq, səhmdarı olduğumuz müəssisələrin fəaliyyətində yaxından iştirak edərdik, özümüz, övladlarımız iş-güc yiyəsi olardı. Yeni-yeni mütəxəssislər yetişərdi. Bunlar olmadı. Heç olmasa kimin əlində vauçerləri qalıbsa, onların hüquqlarına hörmətlə yanaşsınlar və tədavül müddətini artırsınlar”, - deyə Qəhrəmanlı fikrini yekunlaşdırıb.

Şərhlər

XƏBƏR LENTİ