SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » 18 il öncə torpağı 200 dollara verib, geri ala bilmir - GİLEY

18 il öncə torpağı 200 dollara verib, geri ala bilmir - GİLEY

Tarix:

18-10-2021, 18:45

/ 342 dəfə oxundu.
18 il öncə torpağı 200 dollara verib, geri ala bilmir - GİLEY


Sonxeber.az-ın redaksiyasına növbəti şikayət daxil olub.

Şikayətçi Məmmədov Tərlan Zaməddin oğlu kəndçilərinin ona qarşı etdikləri haqsızlıqdan narazıdır.

Belə ki, Ağdaş rayon sakini ona verilən pay torpağını öz kəndçilərinə təqribən 18 il bundan öncə 200 dollar qarşılığında verib, amma belə razılaşıblar ki, Tərlanın Rusiyada olan atası Azərbaycana qayıdanda onun istəyi ilə ya torpaq qalacaq, ya pul qaytarılacaq:

"Ağdaş rayonunun Aşağı Zeynəddin kəndinin sakinlərinə pay torpağı verilib, bizə də həmçinin. Həmin torpağı bir müddət istifadə etdikdən sonra bizə pul lazım olduğu üçün kəndə xəbər saldıq ki, torpağımızı satırıq. O ərəfələrdə atam Rusiyada yaşayırdı. Bizim bir kənd sakini torpağı 200 dollara aldı və atam Rusiyadan qayıdanda, razılıq versə, torpağın onun olacağını, razı olmasa, 200 dollarını qaytarıb torpağı özümüzə saxlayacağımızı dedi.

Ərazi 2 hektar 77 sotdur. 18 ildir ki, bu torpaqdan istifadə edirlər. Bu günə kimi onlara dəyib-dolaşmamışıq.

Anam dünyasını dəyişdikdən sonra iddia qaldırdılar, məhkəməyə verdilər ki, guya torpaq onlarındı, bizdən alıblar. Atamın, anamın, 2 bacım və mənim adımdan saxta sənədlər, etibarnamə və s. hazırlayıblar, imzamızı saxtalaşdırıblar ki, guya biz 200 dollara oranı satıb, etibarnaməni, yazıları filan yazmışıq. Bacılarım qəti şəkildə bunu etməyib, atam Rusiyada olub, mənim isə yaşım çatmırdı. Bir sözlə, bunlar öz uydurmalarıdır.

Məhkəməni onlar uddular. Kiminsə günahına girmək istəmirəm, amma iddia edirəm ki, məhkəməni pulla udublar. Torpaq, bütün sənəd-sübut mənim ola-ola, onlar saxta sənədlərlə öz aləmlərində məhkəmədə qalib olublar. Halbuki həmin saxta sənədlərdə heç bir möhür yoxdur.

Təkcə o vaxt torpaqdan istifadə edə bilmələri üçün onlara verdiyimiz aktın sənədləri var. Həmin zamanın qaydalarına əsasən, pay torpağından istifadə edə bilmək üçün aktın olması mütləq idi. İndi aktı geri istəyirik, vermirlər.

Hətta o vaxtın 200 dollarının dəyəri indikindən çox olduğu üçün 2000 manat verib məsələni həll etməyi təklif etdim. O isə qarşılığında "Elə mən sənə 2000 manat verim, get işinlə məşğul ol, torpağı qaytaran deyiləm. Nə bacarırsan et, mən də bacadığımı edəcəyəm" dedi.

Bu söhbətdən 2-3 gün sonra mənə sənədlər atdı: guya bacım yazıb, atam etibarnamə verib və s. Amma atamın adına yazdıqları saxta etibarnaməni məhkəməyə təqdim etməyib.

Hazırda atamın səhhəti yaxşı deyil. Mən indiyə kimi öz büdcəmlə bacardığımı etmişəm. Amma artıq gücüm çatmadığı üçün o torpaq vasitəsilə iş görüb, xərcləri qarşılamaq istəyirəm. Hazırda mənim üçün ən vacib məsələ atamın sağlamlığıdır.

Bacımın adından yazdıqlarını guya ekspertiza ilə "təsdiqləyiblər". Amma mənim adıma yazılan yazının, əvəzdən çəkilən saxta qolun doğruluğu təyin olunmayıb. Buna baxmayaraq, hakim bizə sual haqqı, cavab haqqı vermədi. 2 əmim də olanlara şahiddir.

Son həddə Apellyasiya Məhkəməsinə şikayət edəcəyəm".

Şərhlər

XƏBƏR LENTİ