Mahir Emrelinin ikinci testi neqativ çıxdı
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin ikinci koronavirus testi neqativ çıxıb.
Bu barədə 24 yaşlı hücumçunun çıxış etdiyi Polşanın "Legiya" klubunun mətbuat xidmətinin rəhbəri İzabela Kruq tvitterdə məlumat yayıb.
Onun sözlərinə görə, Varşava təmsilçisinin tibbi personalı Emrelinin təkrar test nəticəsinin mənfi olduğu qənaətinə gəlib: "Oyunçuya peyvənd vurulub, simptomları yoxdur. Biz situasiya ilə bağlı əlavə məlumat verəcəyik".
Qeyd edək ki, Azərbaycan millisi bu gün 2022-ci il dünya çempionatının seçmə mərhələ oyununda Serbiyanın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır