Məhkəmə Telman İsmayılovla bağlı qərar verdi
Monteneqroda saxlanılan azərbaycanlı iş adamı Telman İsmayılov 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə iş adamının rusiyalı vəkili Marina Rusakova bildirib.
"Telman Monteneqroda saxlanılıb və iki ay müddətinə həbs edilib. Bu qərardan artıq apellyasiya şikayəti verilib. İsmayılov siyasi sığınacaqla bağlı müraciəti yoxlanılarkən tutuldu. Bu da apellyasiya üçün əsaslardan biridir", - Rusakova bildirib.
Onun sözlərinə görə, həbs olunmasına baxmayaraq, Monteneqro İsmayılovun apellyasiya şikayəti ilə bağlı hələ bir qərar verməyib, ona siyasi sığınacaq verilməsi məsələsi ölkə hakimiyyəti tərəfindən baxılmaqdadır. Vəkilin sözlərinə görə, Monteneqro hakimiyyəti İsmayılova siyasi sığınacaq verməkdən imtina edərsə, onun ekstradisiyası məsələsi iki aya qədər çəkə bilər.
Qeyd edək ki, Telman İsmayılov bir neçə cinayət işində, o cümlədən iki sahibkarın qətlində ittiham olunur və 2017-ci ildə qiyabi həbs edilib. O, Rusiya hüquq -mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək