SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Taksi sürücülərindən COVID pasportu tələb ediləcək - Bu gündən...

Taksi sürücülərindən COVID pasportu tələb ediləcək - Bu gündən...

Tarix:

1-10-2021, 09:21

/ 366 dəfə oxundu.
Taksi sürücülərindən COVID pasportu tələb ediləcək - Bu gündən...


Bu gündən - oktyabrın 1-dən sərnişindaşıma və yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülərdən ikinci doza peyvənd olunmaları və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək.

İşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələri dairəsinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir.

Bu, Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli qərarına əlavədə əks olunub.

Eyni zamanda bu gündən etibarən ölkə ərazisində fəaliyyət göstərən, COVID-19 pasportu olmayan bütün sərnişindaşıma və yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reydlər keçiriləcək.

Şərhlər

XƏBƏR LENTİ