SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Biləsuvarın icra başçısı özünü Şimali Koreya lideri kimi apardı - VİDEOFAKT

Biləsuvarın icra başçısı özünü Şimali Koreya lideri kimi apardı - VİDEOFAKT

Tarix:

28-09-2021, 18:54

/ 411 dəfə oxundu.
Biləsuvarın icra başçısı özünü Şimali Koreya lideri kimi apardı - VİDEOFAKT

Biləsuvar rayonunda Anım Günü yerli icra hakimiyyəti başçısı Faiq Qürbətov protokola uyğun olmayan tədbir təşkil edib. Anaxeber.info məlumat verir ki, tədbirdə hərbçilər İH rəhbəri önündə fərəqət edir və F.Qürbətova əsgər salamı verilir. Bu isə yolverilməz haldır. Çünki bu ritual Ali Baş Komandan və yaxud Müdafiə naziri önündə edilə bilər. Amma Biləsuvarın icra başçısı özünü rayonun “ali baş komandanı”, yaxud Şimali Koreyanın lideri kimi hiss edərək hərbçilərdən belə bir addım atılmasını istəyib. Məlumatda deyilir ki, Anım tədbirinin bu şəkildə təşkil olunması təşəbbüsü F.Qürbətovun özündən gəlib. Görünür, ya icra başçısı rəsmi tədbirlərin təşkili haqda son dərəcə məlumatsızdır, belə bir yanlışlığa yol verdiyini indiyə qədər bilmir, ya da məqsədli şəkildə bu tələbi irəli sürüb. Məlumdur ki, İH başçısı bir məmurdur, yerli idarəetmə orqanına nəzarət edir, hərbçilərdən belə tələb istəyə bilməz. Qeyd edək ki, F.Qürbətov Mədəniyyət və Turizm Nazirliyində işləyib. Daha sonra uzun müddət gənclər sektorunda çalışıb. 2012-2018-ci illərdə Azərbaycan Gənclər Fondunda çalışıb. Burada Aparat Rəhbəri vəzifəsinə qədər yüksəlib. Faiq Qürbətovun son işi isə İctimai Televiziya olub. O 2018-ci ildə İTV-nin mərkəzi aparatının rəhbəri vəzifəsinə təyin olunub.

Şərhlər

XƏBƏR LENTİ