SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Sakinlər başçıya ÇAĞIRIŞ ETDİ - "Sözünüzü TUTUN!"

Sakinlər başçıya ÇAĞIRIŞ ETDİ - "Sözünüzü TUTUN!"

Tarix:

27-09-2021, 18:09

/ 483 dəfə oxundu.
Sakinlər başçıya ÇAĞIRIŞ ETDİ - "Sözünüzü TUTUN!"

Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevdən narazılıqlar artmaqdadır. Amma buna rəğmən hələ də "Azərbaycanın ən toxunulmaz başçısı" adını almış Qəzənfər Ağayev nə söz eşidir, nə dərdli dinləyir.

DİA.AZ-a daxil olan müraciətin müəllifi olan Astara sakinləri də eyni şəkildə başçının kimsəni dinləməməsindən giley edirlər.

Sakinlər dia.az-a yazır:

"Rayonlarda,kəndlərdə bəzi ara yollara asfalt çəkirlər. Astarada asfaltı bəzi məmurların yaşadığı evlərinin qapısına kimi çəkirlər. Hansı məmurun gücü çatır öz məqsədi üçün istifadə edirlər. Astara rayon Şahağacı kəndində ,yuxarı məhəllə yolunada güya asfalt çəkməli idilər. Rayon rəhbərliyinin yadından çıxıb. Kənd camaatı da öz sözlərini kənddən başqa heç yerdə deyə bilmirlər.

İcra hakimiyyəti pandemiya dövründə qəbul da keçirmir ki, camaat gedib sözünü desin. Onsuz da rayon rəhbərliyi çamadan vəziyyətindədir. Yəni növbəsini gözləyir.

Astara rayonu bir dəniz kənarı parkdan ibarət deyil, kəndlər də yada düşmür.

Buradan dia.az vasitəsilə başçıya müraciət edirik: "Yadınıza düşsə, söz verdiyiniz Şahağacı kəndinə asfalt çəkməyini yada salın, cənab başçı...""

Dia.az olaraq iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ