SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İqtisadi potensialı və beynəlxalq nüfuzu artan Azərbaycan

İqtisadi potensialı və beynəlxalq nüfuzu artan Azərbaycan

Tarix:

25-09-2021, 18:46

/ 352 dəfə oxundu.
İqtisadi potensialı və beynəlxalq nüfuzu artan Azərbaycan

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 18 il ərzində müstəqilliyini yeni qazanmış dövlətimiz tarixinin ən qüdrətli ölkəsinə çevrildi, ən güclü inkişaf mərhələsinə yetişdi. Azərbaycanın sosial-iqtisadi inkişafı üçün misilsiz nailiyyətlərə imza atdı. Bütün mövcud resursları ən optimal qaydada ölkənin tərəqqisinə yönəldi. Azərbaycan başdan-başa abadlıq-quruculuq meydanına çevrildi. Prezident həyata keçrilən məqsədyönlü dövlət proqramları ilə bir sıra problemlərin qısa müddətdə həllinə nail oldu. Yeni yaradılan yüz minlərlə iş yeri ilə insanlarımızın işsizlik problemini aradan qaldırdı. Əhalinin maddi rifahı yaxşılaşdı, yaşayış səviyyəsi yüksəldi, yoxsulluq problemi minimal həddə düşdü. 

Prezident İlham Əliyev Azərbaycanın sözün əsl mənasında həqiqi müstəqilliyini təmin etdi. Ölkənin sosial-iqtisadi cəhətdən kiminsə asılılığında olmasına imkan vermədi. Əksinə, Azərbaycanı ən önəmli, rəyi, mövqeyi ilə hamının hesablaşmağa məcbur qaldığı nüfuzlu ölkəyə çevirdi. Azərbaycan regionun lider dövləti kimi bölgədəki yeni reallıqların əsas müəllifi, iqtisadi-siyasi proseslərin başlıca iştirakçısı oldu. Ölkəmizin təşəbbüsü və yaxından iştirakı ilə həyata keçirilən qlobal enerji-kommunikasiya layihələri regionun geopolitik mənzərəsini yenidən müəyyənləşdirdi. Bu mənzərədə Azərbaycan qlobal inkişaf proseslərinin mərkəzindədir. 
İşğalçılıq siyasəti üzündən getdikcə daha böyük problemlərlə üzləşən, əhalisinin böyük hissəsi ölkəni tərk etdiyindən demoqrafik böhran yaşayan Ermənistandan fərqli olaraq Azərbaycan bu illərdə dünyanın ən yüksək inkişaf dinamikasına malik ölkələrindən biri statusunu qazandı. Azərbaycan Prezidentinin məqsədyönlü siyasəti nəticəsində qazanılan nailiyyətlər ölkəmizə güclü bir ordu qurmaq imkanı yaratdı. Elə bir ordu ki Vətən müharibəsində tarix yazdı. Tətbiq etdiyi innovativ silahlar, döyüş metodları ilə XXI əsrin müharibəsini apardı və bu təcrübə indi dünyanın bir çox aparıcı hərbi məktəblərində öyrənilməkdədir. 
Bütün bunların təzahürünü BMT-nin 76-cı sessiyasında cənab Prezident İlham Əliyevin çıxışında gördük. Azərbaycan Prezidenti 44 günlük müharibə ilə Cənubi Qafqazda vəziyyəti dəyişdiyi kimi, BMT arenasında da atmosferi dəyişib. Pandemiya, postpandemiya, artıq tarixə qovuşmuş hesab olunan Dağlıq Qarabağ münaqişəsi, düşmənin məkrli planları,Qarabağda bərpa və dirçəliş işləri kimi mövzulara toxunan ölkə başçısı dünya ictimaiyyətinə bir daha həqiqətləri çatdırdı. 
30 il əvvəl Qarabağ münaqişəsi niyə başladı, Ermənistanın təcavüz siyasəti və illərlə dünyanı necə yalanların məngənəsində saxlaması,Ölkəmizin 30 illik mürəkkəb yolu hansı təmkinlə keçməsi, Ermənistanın sülh imkanlarını ən son xəttə qədər məhv etdiyini dəqiqliklə necə təyin etdik, dinc yolun bütün işartıları məhv olandan sonra öz ərazimizdə əks-hücum əməliyyatlarına necə başladıq, postmünaqişə dövrünün sülh quruculuğunun əsaslarını necə müəyyən etdik- bütün bunlar Prezident İlham Əliyevin BMT-yə təqdim etdiyi "münaqişə və postmünaqişə konsepsiyasının" əsaslarını təşkil edən istiqamətlərdir. 
Azərbaycan indiyə qədər dövlət rəhbərliyimizin əzmkar siyasəti, düşünülmüş addımları sayəsində çox xəyalları reallaşdırmağa müvəffəq olub. İrəlidəki bir çox böyük perspektivlər də zaman-zaman gerçəkliyə çevriləcək və ölkəmiz dünyanın bugünü və gələcəyinə mühüm töhfələr verəcək. 

Aysel Mənsimova
YAP üzvü

Şərhlər

XƏBƏR LENTİ